"Azərbaycan Dəmir Yolları"nın reytinqi aşağı salınıb

12:17 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, gecikdirilməyə səbəb kimi isə Azərbaycan Maliyyə Nazirliyinin quruma ayrılan maliyyə vəsaitinin gec təsdiq etməsi göstərilib. Bununla da, Agentlik "Azərbaycan Dəmir Yolları"  ilə Azərbaycan höküməti arasındakı əlaqəni "çox güclü" səviyyəsindən "güclü" səviyyəsinə endirib. 
"S&P" həmçinin qurumun müstəqil kredit reytinqini "bb-" səviyyəsindən "b-" səviyyəsinə endirib və " daha az adekvat" kimi qiymətləndirib. Bununla yanaşı, kredit reytinqi proqnozunun monitorinqini "neqativ" qiymətləndirilib. Bu onu göstərir ki, "Azərbaycan Dəmir Yolları"nın Nazirlər Kabinetinin nəzarətinə keçirilməsi nəticəsində dövlət nəzarətinin azalacağı təqdirdə kredit reytinqinin daha iki pillə azaldılması mümkündür. Bunun qiymətləndirilməsi isə 90 gün davam edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azervbaycan-demir-yollari-nin-reytinqi-asagi-salinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR