"28 Cinema" super aksiyalar keçirir

"28 Cinema" super aksiyalar keçirir
12:22 14 Dekabr 2015
10 Digər
Ölkə mətbuatı
A- A+

"28 Cinema" kinoteatrı tərəfdarları ilə çox maraqlı aksiyalar keçirdir. Belə ki, dekabrın 17-də "Ulduzlar müharibəsi. Epizod VII: Gücün oyanışı". premyerası baş tutacaq. Həmin filmə öncədən bilet alan tamaşaçılar, xüsusi oyuncaqlar və rəsmi tərəfdaşından kosmetika udmaq imkanı qazanırlar.

"Ulduzlar müharibəsi" filmi, sadəcə, 6 epizoddan ibarət maraqlı bir film deyil. Bu film dünya kino janrında "fantastika" adında bir janrın peydə olmağının əsas səbəkarlarından biri olub. 7-ci epizodun rejisoru Cey Adams oldu. Məhz bu amilin filmə təzə nəfəs gətirəcəyi və yeni pərəstişkar toplamaqda əsas ümidlərdən biri olacağı bildirilir. Filmdə baş rolları ifa ediblər: Con Boyeqa, Deyzi Ridli, Oskar Ayzek, Adam Drayver, Donal Qlison, Xarison Ford, Mark Hemill, Kerri Fişer, Maks Fon Syudov, Endi Serkis.

Qısaca film haqqında: Dart Veyder və İmperatorun ölümündən 30 il sonra Qalaktika yenə də təhlükədədir. "Yeni Qanun" birliyi başda lider Snouk və onun sağ əli Kayl Ren ilə İmperiyanın əməllərini təkrar etməklə hakimiyyəti ələ almaq istəyirlər. Bu çətin vəziyyətdə qismət Rey və Finni-ni imperiya dövrünün qəhrəmanları olan Xan Solo, Çubakka və şahzadə Ley ilə görüşdürür. Birlikdə onlar "Yeni Qanun"a qarşı mübarizə aparmalıdırlar, lakin vəziyyət elə gətirir ki, yalnız ceday Kayl Renn və Snouka qarşı mübarizə apara bilər. Bununla Qalaktikada yalnız bir nəfər sağ qalacaq.

Müsabiqə haqqında daha ətraflı məlumatı 28 Cinema-nın korporativ saytında və ya rəsmi Feysbuk səhifəsindən əldə edə bilərsiniz.

"28 Cinema" hər zaman öz tamaşaçılarını ən yaxşı premyeralar və yeniliklər ilə sevindirməyə hazırdı!


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/390052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR