Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı Slavyan Universitetində “Bir günlük Xəlifə”

Bakı Slavyan Universitetində “Bir günlük Xəlifə”

Date: 14 December 2015 12:23


Bakı, 14 dekabr, Elvira Məmmədova, AZƏRTAC
Dekabrın 14-də Bakı Slavyan Universitetində (BSU) müxtəlif ixtisaslar üzrə peşəkar mütəxəssis olmağa hazırlaşan tələbələrin ənənəvi “Bir günlük Xəlifə” layihəsinə başlanılıb. Bu il tələbələr arasından 32 “xəlifə” seçilib. Seçkilər üç mərhələdə, universitet rəhbərliyinin müdaxiləsi olmadan təşkil edilir.
AZƏRTAC xəbər verir ki, “Bir günlük Xəlifə” layihəsi BSU-da 2002-ci ildən etibarən həyata keçirilir və tələbələrdə özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında, onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayır. Həmin gün universitetin rektor, prorektor, dekan və digər rəhbər vəzifələrində tələbələr tərəfindən səsvermə yolu ilə seçilmiş xəlifələr fəaliyyət göstərir. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edə, həmçinin yeniliklər həyata keçirə bilərlər. Xəlifələrin qəbul etdikləri qərarlar tamamilə hüquqi qüvvəyə malikdir.
Xəlifələrin iş günü universitetin foyesində təşkil olunmuş beynəlxalq sərgi ilə başlayıb. Sərgidə müxtəlif ölkələrin kulinariyası, milli geyimləri nümayiş olunub.
Gün ərzində bir sıra ölkələrin səfirləri, Milli Məclisin deputatları və digər qurumların nümayəndələri ilə görüşlər keçiriləcək, müsabiqə, “ustad dərsi” və digər tədbirlər təşkil olunacaq.

Tags:  Bakı Slavyan Universitetində günlük Xəlifə


RƏYLƏR


Top news