AZAL-dan 75-ci ev qələbəsi

AZAL-dan 75-ci ev qələbəsi
12:27 14 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

AZAL Azərbaycan çempionatlarında 75-ci ev qələbəsini qazanıb. Paytaxt təmsilçisinin yubiley uğuru Topaz Premyer Liqasının XVI turuna təsadüf edib. “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub edən bakılılar doğma azarkeşləri önündə 75-ci dəfə 3 xal qazanıb. 

AZAL buna öz meydanındakı 157-ci qarşılaşmada nail olub. Hesabında 41 heç-heçə və 41 məğlubiyyət olan “təyyarəçilər” Murad Səttarlının qolu ilə yubiley qələbəsinə sevinib. Evdə 212-ci qolu vuran paytaxt təmsilçisi 139 top buraxıb.

Güclülər dəstəsində 2005/06 mövsümündə debüt edən AZAL ilk ev qələbəsini “Olimpik” adlandığı vaxt qazanıb. Bu, komandanın öz meydanında keçirdiyi 9-cu matça təsadüf edib. 2006-cı il martın 12-də bakılılar “Göyəzən”i 2 cavabsız qolla məğlub edib.

AZAL-ın ev qələbələri mövsümlər üzrə: 2005/06 – 2, 2006/07 – 9, 2007/08 – 10, 2008/09 – 7, 2009/10 – 5, 2010/11 – 10, 2011/12 – 9, 2012/13 – 10, 2013/14 – 4, 2014/15 – 5, 2015/16 – 4.

Paytaxt klubu öz meydanında 22 komandanı məğlub edib: “Turan” – 8, “Bakı” - 7, “Kəpəz”, “Neftçi”, “Qəbələ”, “Simurq”, “Sumqayıt”, “Xəzər Lənkəran” – 5, “İnter”, “Karvan”, “Rəvan” – 4, “Muğan”, “Qarabağ” – 3, “Gənclərbirliyi”, MOİK, “Standard” – 2, ABN, “Bakılı”, “Göyəzən”, “Masallı”, “MKT-Araz”, “Şahdağ” – 1.

Premyer Liqada “Olimpik” və “Olimpik-Şüvəlan” adları altında da çıxış edən AZAL evdə 75 və daha çox qələbə qazanan 10-cu komanda kimi tarixə düşüb. Öz meydanında ən çox qələbə qazanan komanda “Qarabağ”dır – 220 dəfə. “Neftçi”nin 218 belə qələbəsi var.(pfl.az)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azal-dan-75-ci-ev-qlbsi-t46128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR