"Arsenal"ın qapıçısı Petr Çex Devid Ceymsin rekorduna şərik olub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, İngiltərə Premyer Liqasında "Aston Villa"ya qarşı matçda baş verib. 33 yaşlı qolkiper bu görüşlə ümumilikdə 169 matçda qapısını toxunulmaz saxlayıb. Bununla da o, futbol tarixində qapısını ən çox toxunulmaz saxlayan D.Ceymsə çatıb.
P.Çex bu rekordu D.Ceymsdən 126 matç tez - 222 oyuna qırıb.
P.Çex "Mançester Siti"yə qarşı görüşdə qol buraxmasa, yeni rekord müəyyənləşdirmiş olacaq.
Milli.Az