"Elton çaşdı"

"Elton çaşdı"
12:37 14 Dekabr 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

"10dan sonra" verlişində Aygün Kazımova haqqında sərt danışan Elton Hüseynəliyevin cavabı xalq artisti İlhamə Quliyevadan gəldi.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, canlı efirə qoşulan İlhamə Quliyeva Aygünü ittiham edən Eltonu qınadı:

"Elton çaşdı. Elton yadına sal "Azəri star"da iştirakını. Mən səni dəstəkləyirdim. Bu gün yanında Tolik kimi işini bilən prodüserin var. Sən Aygün haqqında belə danışmalı deyildin. Səhv elədin. Bir də belə danışma".

İlhamə xanımla həmfikir olduğunu deyən Elton onun sözlərini özü üçün qanun hesab etdiyini bildirdi.

İlhamə xanım Aygünlə Natavanın onun barışıq təklifinə müsbət yanaşmamasından danışdı:

"Natavan, sən yaxşı qızsan. Ana-bala arasında da söz olar. İstədim yaxşılıq edim, barışdırım sizi. Natavan xəstəxanaya yanıma gələndə Aygünü yığdım ki, onları yanımda barışdırım. Aygün mənim sözümə hörmətlə yanaşdı, amma barışığın mümkünsüz olduğunu bildirdi və gəlmədi. Sonradan dedim, nahaq belə bir şeyə cəhd elədim. Bu küsülülüyün kökündə başqa səbəblər durur. Onu özləri yaxşı bilir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/390055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR