​"Yeni il" bayramı ilə əlaqədar olaraq bulvar ərazində 10 ədəd şam ağacı bəzədiləcək

12:37 14 Dekabr 2015
30 Sosial
Ölkə mətbuatı
A- A+

Bu barədə "Report"a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.
O bildirib ki, ilk olaraq "Neftçilər" prospekti boyunca ağacların üzərində rəngli işıqlar quraşdırılır, "işıq çələngi" yaradılır.
N.Məcidov onu da bildirib ki, bulvar ərazisində 10 ədəd şam ağacı bəzədiləcək.
Hər "yolka" ağacının yanında isə lisenziya almış bir nəfər "Şaxta baba" və "Qar qız" fəaliyyət göstərəcək.
Şam ağaclarının bəzədilməsinə dekabrın 20-dən başlanılacaq.
Şam ağacları, digər dekorasiyalar bulvar ərazsində yanvarın 5-dək saxlanılacaq.  

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/yeni-il-bayrami-ile-elaqedar-olaraq-bulvar-erazinde-10-eded-sam-agaci-bezedilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR