Bakıda ağır qəza: 2 yaşlı uşaq öldü

Bakıda ağır qəza: 2 yaşlı uşaq öldü
12:39 14 Dekabr 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 13-ü saat 23:30 radələrində Sabunçu rayonu Məhəmmədi qəsəbəsində ağır yol qəzası baş verib. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Ayaz Abbasovun idarə etdiyi «VAZ 2107» və Tovuz rayon sakini 1984-cü il təvəllüdlü Amin Əliyevin idarə etdiyi «Opel Frontera» markalı avtomobillər toqquşub. Nəticədə, A.Abbasov və oğlu 2011-ci il təvəllüdlü Toğrul 3 saylı xəstəxanaya yerləşdirilib. Digər oğlu 2013-cü il təvəllüdlü Ramal isə xəstəxanada ölüb.

 

Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225083

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR