Bir neçə gün əvvəl "Billboard's 10th Annual Women In Music" gecəsi keçirilib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, məşhur musiqi portalı və hit-paradının qadın iştirakçılarını bir araya yığan tədbirdə çoxlu məşhur iştirak edib.
Onların arasında Ledi Qaqanın qeyri-adi geyimi diqqətləri özünə çəkib. O, "İlin qadını" mükafatına layiq görülüb. Lakin ifaçının geyimi sosial mediada birmənalı qarşılanmayıb.