Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qalatasaray" "Mançester Yunayted" ilə üz-üzə gələ bilər (VİDEO)

"Qalatasaray" "Mançester Yunayted" ilə üz-üzə gələ bilər (VİDEO)

Date: 14 December 2015 12:41

Bu gün Avropa Liqasının 1/16 final mərhələsində “Fənərbağça” ilə “Qalatasaray”ın rəqibləri məlum olacaq.

ANS PRESS-in məlumatına görə, Avropa Liqasında 32 komanda arasında püşk atma mərasimi keçiriləcək.

Püşk atma mərasimi İsveçrənin Nyon şəhərində baş tutacaq. Püşkdə Çempionlar liqasında 3-cü yeri tutan 8 komanda da iştirak edəcək.

32 komanda 2 səbətə bölünüb. Qrup qalibləri səpələnmiş, ikinciləri səpələnməmişlər sırasında düşüb. Çempionlar Liqasından gələn 8 komanda isə reytinqinə əsasən bu səbətlərə bərabər bölünüb. Mərasim Bakı vaxtı ilə saat 16:00-da baş tutacaq.

Səpələnmişlər: “Molde” (Norveç), “Liverpul” (İngiltərə), “Krasnodar” (Rusiya), “Napoli” (İtaliya), “Rapid” (Avstriya), “Braqa” (Portuqaliya), “Latsio” (İtaliya), “Lokomotiv” (Rusiya), “Bazel” (İsveçrə), “Tottenhem” (İngiltərə), “Şalke” (Almaniya), “Atletik Bilbao” (İspaniya), “Mançester Yunayted” (İngiltərə), “Bayer Leverkuzen” (Almaniya), “Olimpiakos” (Yunanıstan),”Porto” (Portuqaliya)

Səpələnməmişlər: “Fənərbağça” (Türkiyə), “Syon” (İsveçrə), “Borussiya” (Dortmund, Almaniya), “Midtyulland” (Danimarka), “Vilyarreal” (İspaniya), “Marsel” (Fransa), “Sent-Etyenn” (Fransa), “Sportinq” (Portuqaliya), “Fiorentina” (İtaliya), “Anderlext” (Belçika), “Sparta” (Çexiya), “Auqsburq” (Almaniya), “Şaxtyor”* (Ukrayna), “Qalatasaray” (Türkiyə), “Sevilya” (İspaniya), “Valensiya”* (İspaniya)

Dünyanın bir çox ölkələri tədbiri canlı yayımlayacaq. Avropa liqasının final oyunu İsveçrənin Bazel şəhərində baş tutacaq.



Azərbaycanın "Qarabağ" və "Qəbələ" klubları da Avropa liqasında iştirak edib. Lakin komandalarımız yüksən xal toplaya bilməyərək qrupda qalıblar.

Sonuncu dəfə Avropa liqasının qalibi İspaniyanın "Sevilya" klubu olub. İspanlar finalda Ukraynanın "Dnepr" klubunu məğlub edib. Oyunun nəticəsi 3:2 olub. "Sevilya" üçün bu qalibiyyət Avropa liqasında 4-cü olub.


"Dnepr" - "Sevilya" 2-3

Tags:  Qalatasaray Mançester Yunayted üz-üzə gələ bilər VİDEO

RƏYLƏR


Top news