Azərbaycanda iki usta bədbəxt hadisə nəticəsində ölüb

12:47 14 Dekabr 2015
17 Sosial
Ölkə mətbuatı
A- A+

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 12-də Tərtər şəhər sakini Zabil Allahverdiyev Gəncə şəhərində təmir işləri apardığı evin 3-cü mərtəbəsindən yıxılıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin cəhdinə baxmayaraq Z.Allahverdiyev orada ölüb.
Daha bir bədbəxt hadisə Bakının Binəqədi rayonunda qeydə alınıb. Rayonunun Novxanı bağlar sahəsində Bakı şəhər sakini Famil Həmidov həmyerlisinə məxsus bağ evində təmir işləri apararkən 2-ci mərtəbədən yıxılaraq ölüb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/azerbaycanda-iki-usta-bedbext-hadise-neticesinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR