MOİK Ramil Əliyevə vəzifə verdi

MOİK Ramil Əliyevə vəzifə verdi
12:52 14 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

I divizionda çıxış edən MOİK-də daha bir təyinat rəsmiləşib. 

Klubun mətbuat xidmətindən Fanat.az-a verilən məlumata görə, yaxın keçmişdə komandanlın baş məşqçisi olmuş, sonradan Premyer Liqada "Rəvan"ı çalışdıran Ramil Əliyev artıq ordu klubuna vitse-prezident təyin edilib.

Xatırladaq ki, Ramil Əliyev MOİK-i baş məşqçi kimi iki dəfə Premyer Liqaya çıxarıb. O, 2007/08 və 2009/10 mövsümlərinin yekunlarına görə, ordu klubunu elitaya daşıyıb.

Qeyd edək ki, R.Əliyev MOİK-dən başqa, müxtəlif dövrlərdə iki dəfə "Rəvan"da çalışıb.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mok-ramil-liyev-vzif-verdi-t46131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR