Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ahmet Kayanın ailəsi Adeleni məhkəməyə verə bilər

Ahmet Kayanın ailəsi Adeleni məhkəməyə verə bilər

Date: 14 December 2015 12:54

 

 

Türkiyəli məşhur müğənni Ahmet Kayanın ailəsi britaniyalı ulduz Adelenin sonuncu mahnısının musiqisinin Kayadan oğurluq olduğu iddialarını araşdırır.

 

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu barədə Ahmet Kayanın qızı Melis Kaya açıqlama verib. O deyib ki, vəkilləri və musiqidən anlayışı olan peşəkar şəxslər hazırda bu məsələni araşdırır. Adelenin mahnısında oğurluq notlar olduğu aşkarlansa, britaniyalı ulduz məhkəməyə veriləcək.

 

Qeyd edək ki, Adelenin “Million years ago” (Milyon il əvvəl) adlı mahnısının musiqinin Ahmet Kayanın “Acılara tutunmak” mahnısından oğurluq olduğu iddiaları bir neçə həftədir mediada yazılır. 


Tags:  Ahmet Kayanın ailəsi Adeleni məhkəməyə verə bilər

RƏYLƏR


Top news