Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ANS-in efiri yeniləndi

ANS-in efiri yeniləndi

Date: 14 December 2015 13:01

Dekabrın 14-dən etibarən ANS TV yeni iş sisteminə keçib.

ANS PRESS-in məlumatına görə, əhalinin keyfiyyətli informasiyaya olan tələbatını nəzərə alan ANS TV efirin 24 saatının 13-nü xəbər proqramlarına ayırıb. Ölkədə və dünyada baş verən ən son yenilikləri "Xəbərçi" verilişi aşağıda göstərilən proqrama uyğun tamaşaçıların diqqətinə çatdıracaq.

07:00 - 10:00
12:00 - 14:00
15:00 - 17:00
18:00 - 20:00
21:00 - 22:00
23:00 - 01:00

"Xəbərçi"də həmçinin ən son texnoliji hadisələrdən, ölkə və dünya ulduzlarından da xəbər tutacaqsınız. Tamaşaçıların rəğbətini qazanan "İç Xəbər" verilişində işıqlandırılan mövzularda ANS-in xəbər saatlarında yayımlanacaq.

Yeniliklər arasında həmçinin 2000-ci illərin əvvəlində ölkədə populyar olan "Nəzər Nöqtəsi"də var. Adıçəkilən proqram bu həftədən efirə qayıdır. Verilişin müəllifi və aparıcısı jurnalist Eldəniz Elgündür. Veriliş həftə içi 6 gün saat 20:30 efirdə olacaq.

Hər həftənin bazar günü saat 20:35-də efirə çıxan "Şəbəkə" ni isə artıq hər gün saat 23:00 –da izləyə biləcəksiniz. Sosial şəbəkələrin gündəmindən bəhs edən əyləncəli-sosial layihənin əsas mövzusunu sosial şəbəkələrdə ən çox müzakirə olunan və paylaşılan xəbərlər, fotolar, videolar layihənin təşkil edir. Verlişin aparıcısı isə Rahil Sayadoğludur.

Xoşqədəm Hidayətqızının
aparıcısı olduğu “Deməsək olmaz” verlişi də tam yeni formatda yayımlanacaq. Belə ki, verlişin yeni formatı qadınlar üçün nəzərdə tutululub. Xoşqədəm Hidayətqızı hər gün 14:00-dan 14:45-ə qədər tamaşaçıların görüşünə gələcək. Hər bir qadın bu mükəmməl layihədən yayarlana biləcək.

ANS Keçmiş Sovet İttifaqının, Azərbaycanın ilk müstəqil telekanalıdır. O Azərbaycanın müstəqillik əldə etdiyi ilk zamanlarda əhaliyə, ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən televiziya olub. Kanal bu gün də əhailini bütün sahələrdən olan informasiyalarla təmin edir.

ANS hər zaman dəqiq, vicdanlı, qərəsiz xəbər çatdırmaqda birinciliyi əldən verməməyi bacarıb. Bu gün xalq özü də ANS-lə əməkdaşlıq edir. Bu isə xalıqn kanala olan etibarının və inamının bir göstəricisidir.

Tags:  ANS-in efiri yeniləndi


RƏYLƏR


Top news