“Azərbaycan” İES-də 11 ayda 7 milyarda yaxın kilovat-saat elektrik enerjisi istehsal olunub

“Azərbaycan” İES-də 11 ayda 7 milyarda yaxın kilovat-saat elektrik enerjisi istehsal olunub
13:03 14 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
“Azərbaycan” İstilik Elektrik Stansiyası (İES) üzrə cari ilin noyabr ayında 625,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Ötən 11 ayda isə burada elektrik enerjisinin istehsalı 6 milyard 856,2 milyon kilovat-saatdan artıq olub.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr qazanılıb. Bununla yanaşı, İES tərəfindən bu il payız-qış mövsümünə yüksək səviyyədə hazırlıq görülüb. Texniki tələblərə uyğun olaraq müəssisədə profilaktik yoxlama və sazlama-sınaq işləri aparılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_IES_de_11_ayda_7_milyarda_yaxin_kilovat_saat_elektrik_enerjisi_istehsal_olunub-911005

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR