"Pikedən xahiş edirəm, "Real"a hörmətlə yanaşsın"

"Pikedən xahiş edirəm, "Real"a hörmətlə yanaşsın"
13:05 14 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın müdafiəçisi Serxio Ramos Pikenin Madrid klubuna qarşı ironik jestləri və sözlərinə münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi katalon həmkarından qarşı tərəfə hörmət göstərməsini istəyib.
"Bu məsələlər haqqında danışmağın yeri deyil. Amma "Real"ın kapitanı və komanda yoldaşı kimi Pikedən xahiş edirəm ki, klubumuza və həmkarlarına hörmətlə yanaşsın. Hörmətsizlik yaxşı ab-havanın düşmənidir. O, Xavi, PuyolKasilyas kimi şəxslərdən bu barədə nümunə götürməli, sakitliyini qorumalıdır. Daha heç nə deyə bilmərəm. Pikenin oyununu bəyənirəm. Millidə komanda yoldaşıyıq. Bundan başqa deyəcəklərim səhv anlaşıla və ya təhrif edilə bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR