Azərbaycan məmurları qarşısında yeni vəzifə

Azərbaycan məmurları qarşısında yeni vəzifə
13:06 14 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Hazırda qarşıya qoyulan əsas məqsədlərdən biri Azərbaycanı tranzit ölkə kimi daha da inkişaf etdirmək və beləlikə tranzit yükdaşımalarından gəlirlərini daha da artırmaqdır.

ANS PRESS-in məlumatına görə, bu məqsədlə prezident İlham Əliyev Azərbaycanda yükdaşımanın inkişafı üçün bir neçə sərancam imzalayıb.

Bu sərəncamlar əsasən yükdaşıma tariflərinin endirilməsini, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini və “İpək yolu”nun yenidən dirçəldilməsi məsələlərini ön plana çıxarır.

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi TRACECA-nın milli katibi Akif Mustafayevin sözlərinə görə, yüklərin daşınma vaxtının maxsimum qısaldılması, tarif məsələlərinin həlli, təhlükəsizlik və servis xidmətləri əsas məsələlərdəndir. Artıq tariflərlə bağlı müvafiq adımlar atılıb.


Akif Mustafayev - TRACECA-nın milli katibi

Hazırda həll olunmalı əsas məsələlərdən biri yükləri gətirən TIR sürücülərinə və digər işçilərə keyfiyyətli xidmətin göstərilməsidir.

“Bunun üçün limanda hava şəraitininin pişləşməsi üzündən gözləyənlərə yaxşı şərait yaradılmalıdır. Ola bilsin ki, bir həftə ərzində hava şəraiti ilə əlaqədar yüklərin daşınmasında problemlər yaranır. Bu səbəbdən otel və yeməkxalanlar, valyutadəyişmə məntəqələri tikilərək yüksək xidmətlə onların ixtiyarına verilməlidir. Servisin ödənişli olması isə Azərbaycana əlavə pul kütləsinin daxil olması deməkdir”.



1 dekabr 2015-ci il tarixindən bu günə kimi Ələt-Aktau istiqamətində yola salınmış bərələr haqqında cədvəl

A.Mustafayevin sözlərinə görə, Ələt limanında yaradılan şəraitlə yanaşı qonşu dövlətlərdə dəniz limanlarında müvafiq işlər görülməlidir.

“Bəzi hallarda Ələtdən hərəkət edən bərələr Qazaxıstanın Aktau limanında problemlə üzləşir. Çünki orada bərələr üçün bir yanalma körpüsü var. Azərbaycanın müvafiq nəqliyyat strukturları qonşu ölkələrin qurumları ilə daimi əlaqələr qurub, onların qarşısında yanalma körpülərinin çoxaldılması ilə bağlı tələblər qoymalıdırlar. Bu məsələlər ikitərəfli danışıqlar predmetidir. ”

Hava şəraitinin kəskinləşməsi ilə bağlı bərələrin hərəkətin gəldikdə Akif Mustafayev bildiridi ki, dünyanın hər yerində güclü külək və digər pis hava şəraitlərində bərələrin hərəkəti dayandırılır.


Bakı - Aktau limanı (qırmızı xəttə işarələnib)


Ötən gün dənizdə pis hava şəraiti üzündən 175 TIR Aktau limanı istiqamətində hərəkət etmək üçün bərəyə yüklənmə növbəsi gözləyirdi.


Ələt limanı - 13 dekabr 2015

Bu vəziyyət ötən həftə Xəzər dənizində əlverişsiz hava şəraitinə görə Bakıdan bərə əlaqəsinin dayandırılması ilə bağlıdır.

Tırların dəniz üzərindən daşınması üçün nəzərdə tutulan bərələrin sayı 3 ədəddir ( hər bərə 28 tır tutumuna malikdir – red.)“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən verilən məlumata görə, hava şəraitinin düzəlməsi ilə bərələrin yenidən təyin olunmuş qrafik ilə hərəkət etməsi təmin olunur.

Aktau limanında bərələr üçün 1 ədəd yanalma körpüsünün olması və bu körpünün qasırğa və yüksək dalğalardan qorunmaması vəziyyəti bir qədər də çətinləşdirib. Buna görə də AXDG-nin iki bərəsinin boşaldılması Aktau limanındakı yanalma körpüsündə yaranan texniki nasazlığa görə ləngiyib.

Yaranan problemlərin həlli üçün müvafiq sərancamlar imzalanıb. Bundan sonra məsuliyyət müvafiq dövlət qurumlarının üzərində düşür. Çünki onlar yaradılan şəraitdən istifadə edib, bu sektoru daha da inkişaf etdirməlidirlər. Yəqin ki, görüləcək işlər və ayrılan investesiyalar Azərbaycanın enerji layihələrində qazandığı uğurları bu sahədə də təkrarlamasına imkan yaradacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367216

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR