Bulvarda 10 ədəd Şam ağacı bəzədiləcək

Bulvarda 10 ədəd Şam ağacı bəzədiləcək
13:06 14 Dekabr 2015
19 Şou
Ölkə mətbuatı
A- A+

Dənizkənarı Milli Park ərazisində "Yeni il" bayramı ilə əlaqədar olaraq bəzədilmə işlərinə başlanılıb.

Axşam.az xəbər verir ki, bu barədə "Report"a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

O bildirib ki, ilk olaraq "Neftçilər" prospekti boyunca ağacların üzərində rəngli işıqlar quraşdırılır, "işıq çələngi" yaradılır.


N.Məcidov onu da bildirib ki, bulvar ərazisində 10 ədəd şam ağacı bəzədiləcək. Hər "yolka" ağacının yanında isə lisenziya almış bir nəfər "Şaxta baba" və "Qar qız" fəaliyyət göstərəcək.

Şam ağaclarının bəzədilməsinə dekabrın 20-dən başlanılacaq. Şam ağacları, digər dekorasiyalar bulvar ərazsində yanvarın 5-dək saxlanılacaq.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42447

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR