IDEA İctimai Birliyi şəhərimizdəki sahibsiz heyvanlarla bağlı sorğu keçirib

IDEA İctimai Birliyi şəhərimizdəki sahibsiz heyvanlarla bağlı sorğu keçirib
13:08 14 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC 
IDEA İctimai Birliyi Bakının Fəvvarələr Meydanında və “Park Bulvar” alış-veriş mərkəzində paytaxt sakinlərinin şəhərimizdəki sahibsiz heyvanlara münasibəti ilə bağlı sorğu keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, sorğu ölkədə sahibsiz ev heyvanlarının sayının tənzimlənməsi üzrə IDEA tərəfindən həyata keçirilən çoxşaxəli layihənin tərkib hissəsidir.
Məlum olduğu kimi, 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tərəfindən Qaradağ rayonu ərazisində sahibsiz heyvanlar üçün qayğı mərkəzinin təməli qoyulub. Hazırda inşa edilən həmin mərkəzin yaradılması ilə yanaşı, layihə çərçivəsində ölkədə sahibsiz it və pişiklərin çoxalması probleminin araşdırılması, o cümlədən müvafiq sorğuların keçirilməsi də planlaşdırılır.
Şəhərin mərkəzində keçirilmiş sorğuda 1500-dək respondent iştirak edib.
İki həftə davam edəcək sorğu Bakının Yasamal, Binəqədi, Nizami, Xəzər, Nərimanov və Nəsimi rayonları ərazisində də aparılır.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/IDEA_Ictimai_Birliyi_seherimizdeki_sahibsiz_heyvanlarla_bagli_sorgu_kechirib-911010

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR