Rusiya Ermənistana 7 min əsgər göndərir

Rusiya Ermənistana 7 min əsgər göndərir
13:16 14 Dekabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Ermənistana hərbçi yığır. ANS PRESS-in məlumatına görə, bu barədə ərəb dilində olan erməni xəbər saytı informasiya verib. Saytın yazdığına görə, Rusiya prezidenti Vladimir Putin rus hərbçilərinin Ermənistana göndərilməsi haqqında sərəncam imzalayıb. Hərbi hissələrin nəqlinə yaxın zamanlarda başlanmalıdır.

Məlumata görə, bu açıqlamada qeyd edilir ki, 7 min rus hərbçisi Rusiyanın 58-ci korpusunun seçmə birliklərindən gətiriləcək əsgərlər Ermənistan-Türkiyə sərhədində yerləşdiriləcək. Rus hərbçilər həmçinin güclü raket və tanklarla da təhciz ediləcəklər.

Ermənistandakı rus hərbi bazasının qərargahının və Suriyadakı S-400 hava hücumundan müdafiə kompleksinin yerləşdirildiyi baza ilə birbaşa bağlantıda olacaq. Onların radar fəaliyyətinin Türkiyə hava məkanının 85 faizini əhatə edəcək.

Məlumata görə, rus bölükləri Ermənistan Türkiyədən geələ biləcək hər hansı hərbi müdaxiləyə qarşı Rusiyadan kömək tələb edib. Əsgərlər də məhz bu tələbdən sonra göndərilib.

Hələlik bu məlumatla bağlı heç bir rəsmi açıqlama verilməyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367226

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR