Baltik və Şimal ölkələrinin əməkdaşlığını əlaqələndirmə funksiyaları Danimarkadan Latviyaya keçir

Baltik və Şimal ölkələrinin əməkdaşlığını əlaqələndirmə funksiyaları Danimarkadan Latviyaya keçir
13:18 14 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Riqa, 14 dekabr, AZƏRTAC 
Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreys Pildeqoviçs və Danimarkanın Latviyadakı səfiri Xans Braskın iştirakı ilə təşkil olunmuş tədbirdə Baltik və Şimal ölkələrinin NB8 (Nordic-Baltic Eight) formatında əməkdaşlığını əlaqələndirmə funksiyaları Danimarkadan Latviyaya keçib.
A.Pildeqoviçs tədbir iştirakçılarına müraciət edərək Danimarkanın 2015-ci ildə gördüyü işlərə görə təşəkkürünü bildirib. O qeyd edib ki, Baltik və Şimal ölkələrinin aktual regional məsələlərə dair, o cümlədən enerji təhlükəsizliyi, Ukraynada münaqişə, dəyişən geosiyasi şəraitdə KİV-lərin rolu barədə diskussiya aparmaq imkanı təmin edilib, müxtəlif səviyyələrdə görüşlər və seminarlar keçirilib. Dövlət katibi vurğulayıb ki, Latviya 2016-cı ildə NB8-in əlaqələndiricisi olaraq, regionda təhlükəsizliyin möhkəmlənməsi və Şərq Tərəfdaşlığı siyasəti məsələlərini prioritetlər kimi qəbul edib, yəni NB8 formatında əməkdaşlığın varisliyi təmin ediləcəkdir.
Danimarka Xarici İşlər Nazirliyinin dövlət katibi və Şimali Avropa ölkələri departamentinin direktoru Kristina Miskovyak Bekvard tədbirdə çıxış edərək vurğulayıb ki, Qabaqcıl Baltik Media-Mərkəzinin açılmasının Baltik və Şimal ölkələri əməkdaşlığına gözəl nümunə kimi böyük əhəmiyyət kəsb edir. Bu Mərkəzin missiyası Baltik və Şərq Tərəfdaşlığı ölkələrində peşəkar, güclü və müstəqil jurnalistikanın inkişafına kömək etməkdir. A.Pildeqoviçs Qabaqcıl Baltik Media-Mərkəzinin yaradılmasından söhbət açaraq bu məsələyə cəlb edilmiş bütün tərəflərə, o cümlədən Şimal ölkələri Nazirlər Şurasına və Danimarka Mədəniyyət İnstitutuna təşəkkürünü bildirib.
Tədbirdə Qabaqcıl Baltik Media-Mərkəzinin icraçı direktoru Rita Ruduşa, ölkədə akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, o cümlədən Azərbaycanın Latviyadakı səfirliyinin müşaviri Gəray Muradov da iştirak edib.
Latviya NB8-də əlaqələndirici funksiyalarını 2016-cı il yanvarın 1-dən öz üzərinə götürəcək.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baltik_ve_Simal_olkelerinin_emekdasligini_elaqelendirme_funksiyalari_Danimarkadan_Latviyaya_kechir-911014

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR