Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyadan təhlükəli qərar: sərhədə qoşun yığılır

Rusiyadan təhlükəli qərar: sərhədə qoşun yığılır

Date: 14 December 2015 13:27

Rusiya Ermənistanın Türkiyə ilə sərhədinə hərbi birləşmələr toplamağa başlayıb.
Milli.Az ermənilərin ərəb dilindəki khabararmani.com saytına istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı qərarı imzalayıb.
Ermənistanın Türkiyə ilə sərhədi boyunca rusiyalı hərbçilərin yerləşdirilməsinə ən yaxın vaxtlarda başlanacaq.

Sərhədə Rusiyanın 58-ci ordusundan 7 min hərbçi toplaşacaq. Onlar hava hücumundan müdafiə, reaktiv artilleriya, raketlər və tanklarla təchiz olunacaqlar.
Ermənistan-Rusiya sərhədi boyunca yerləşdiriləcək hərbi kontingentin qərargahı ilə Suriyanın Hmeymim şəhərindəki aviabazaya yerləşdirilmiş Rusiya hərbçilərinin qərargahı arasında birbaşa, fövqəladə əlaqə kanalı yaradılacaq. 

Rusiya bu minvalla Türkiyə səmasının 85 faizinə S-400 "Triumf" tipli zenit-raket kompleksi ilə nəzarət etmək niyyətindədir.
Ermənistan-Türkiyə sərhədinə rus hərbçilərinin yerləşdirilməsinə "Ermənistanın Türkiyədən gələ biləcək təhdiddən qorunmaq üçün Moskvaya müraciətindən sonra" qərar verildiyi bildirilir.

Milli.Az


Tags:  Rusiyadan təhlükəli qərar sərhədə qoşun yığılır


RƏYLƏR


Top news