Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Estoniyanın dövlət radiosunda Rəşid Behbudov haqqında veriliş yayımlanacaq

Estoniyanın dövlət radiosunda Rəşid Behbudov haqqında veriliş yayımlanacaq

Rəşid Behbudovun heç yerdə görmədiyiniz nadir görüntüləri - VİDEO (21 Fevral 2017 10:33)
Azərbaycanda yeni maqazin verilişi başlayır - "ŞOUTAYM" (13 Fevral 2017 12:49)

Tarix: 14 Dekabr 2015 13:28


Tallin, 14 dekabr, AZƏRTAC 
Estoniyanın dövlət radiosunda “Ocaq” verilişinin dekabrın 23-də efirə gedəcək növbəti buraxılışı dünya şöhrətli müğənni Rəşid Behbudova həsr olunacaq.
Verilişin aparıcıları Sənəm Əliyeva və Anarə Axundova dinləyiciləri ölməz sənətkarın həyat və yaradıcılığı haqqında məlumatlandıracaqlar. Veriliş boyu SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı Rəşid Behbudovun və qızı Rəşidə Behbudovanın ifasında mahnılar səsləndiriləcək.
Verilişin ikinci süjeti məşhur Qarabağ atlarına həsr olunacaq. Aparıcılar atçılığın Azərbaycanda qədim zamanlardan inkişaf etməsindən və nadir Qarabağ at cinslərindən söhbət aparacaqlar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin

Teqlər:  Estoniyanın dövlət radiosunda Rəşid Behbudov haqqında veriliş yayımlanacaq



RƏYLƏR


Top xəbərlər