Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda inflyasiya 0,4 faiz təşkil edib

Azərbaycanda inflyasiya 0,4 faiz təşkil edib

Date: 14 December 2015 13:33

Bakı. Trend:

2015-ci ilin noyabr ayında ərzaq məhsullarının qiymətləri 0,9 faiz bahalaşıb, qeyri-ərzaq məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz bahalaşıb.

Ay ərzində düyünün, unun, toyuq ətinin, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, üzümün, xiyarın, pomidorun, badımcanın, bibərin, lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində bahalaşma, qarabaşaq yarmasının, mal və qoyun ətinin, limonun, portağalın, naringinin, almanın, heyvanın, bananın, xurmanın, kələmin, göyərtinin, balqabağın, çuğundurun, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycanda inflyasiya faiz təşkil edib

RƏYLƏR


Top news