Qubanın dağlıq yaşayış məntəqələrində avtomobil yolları yenidən qurulur

Qubanın dağlıq yaşayış məntəqələrində avtomobil yolları yenidən qurulur
13:33 14 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Quba, 14 dekabr, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun bir sıra dağlıq yaşayış məntəqələrində avtomobil yolları yenidən qurulur.
AZƏRTAC xəbər verir ki, altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi hazırda davam edir. Yolların inşasına 2015-ci ilin avqust ayından başlanılıb. Yeni salınacaq dörd avtomobil yolunun uzunluğu ümumilikdə 30 kilometr təşkil edir.
15 kilometr uzunluğundakı Rustov-Xanəgah-Gürdəh avtomobil yolunun üçdəbir hissəsinə beş santimetr qalınlığında asfalt döşənib. Bununla yanaşı, yolun 6 kilometrində torpaq yatağı bərkidilib, genişləndirmə işləri aparılıb. Bu yoldan 5 kəndin sakinləri istifadə edəcək. Yolun dağlıq və meşəlik ərazilərindən keçməsi yeni turizm marşrutlarının açılmasına da şərait yaradacaq.
12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi üçün dövlətimizin başçısının Sərəncamına əsasən ümumilikdə 14 milyon manat vəsait ayrılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qubanin_dagliq_yasayis_menteqelerinde_avtomobil_yollari_yeniden_qurulur-911022

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR