Xoşqədəmin efir vaxtı 1 saat azaldıldı, verilişin formatı dəyişdirildi

Xoşqədəmin efir vaxtı 1 saat azaldıldı, verilişin formatı dəyişdirildi
13:34 14 Dekabr 2015
83 Sosial
Ölkə mətbuatı
A- A+

 

ANS telekanalında aparıcı Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan “Deməsək olmaz” verilişinin formatında və efir vaxtında dəyişiklik edilib. Bu barədə Lent.az-a verilişin prodüseri məlumat verib. Verilişin efir vaxtı 1 saat azaldılıb. Belə ki, X.Hidayətqızı həftə içi 5 gün saat 14:00-dan 15:00-dək efirdə olacaq. Proqramın formatı isə dəyişdirilərək, sırf qadınlar üçün yayımlanacaq. Verilişdə maksimum 3 qonaq olacaq.

 

Xəbəri Lent.az-a ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov da təsdiqləyib.

 

Xatırladaq ki, “Deməsək olmaz” verilişi əvvəllər 2 saat 20 dəqiqə yayımlanırdı.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225105

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR