Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Braziliyalılar prezidentin impiçmentinə dəstək olaraq nümayişə çıxıblar

Braziliyalılar prezidentin impiçmentinə dəstək olaraq nümayişə çıxıblar

Date: 14 December 2015 13:38


Bakı, 14 dekabr, AZƏRTAC
Minlərlə braziliyalı konqresdən ölkənin hazırkı prezidenti Dilma Russefi istefaya göndərməyi tələb edir.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, nümayişlər müxtəlif şəhərlərdə, o cümlədən paytaxt Brazilia və müxalifətin əsas mərkəzlərindən biri olan San-Paulu şəhərlərində təşkil olunub. Hazırkı etiraz aksiyaları parlamentin impiçment prosesinə başlaması fonunda keçirilir.
Xatırladaq ki, müxalifət Dilma Russefi vəzifəsindən sui-istifadə etməkdə, əsasən 2014-cü ildə dövlət vəsaitini yenidən dövlət başçısı postuna seçilməsi üçün xərcləməkdə təqsirləndirərək onun istefasını tələb edirlər.

Tags:  Braziliyalılar prezidentin impiçmentinə dəstək olaraq nümayişə çıxıblar


RƏYLƏR


Top news