Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Toyotanın yeni modeli artıq Azərbaycanda (FOTO)

Toyotanın yeni modeli artıq Azərbaycanda (FOTO)

Date: 14 December 2015 13:46

Toyota yeni Land Cruiser 200 modelini azərbaycanlı müştərilərinə təntənəli şəkildə təqdim etdi.

ANS PRESS-in məlumatına görə, Toyota Bakı Mərkəzinin satış üzrə direktoru Şamil Rüstəmov öz çıxışında bildirdi ki, Land Cruiser 200 modeli tək Azərbaycanda yox, bütün dünyada öz seqmetində ən yüksək rəqəmlərlə satılan avtomobillərdəndir.

O, hətta bildirdi ki, ölkəmizdə Land Cruiser 200 modeli üçün artıq ilk sifarişlər qəbul edilib.




Daha sonra yeni modeldə olan yenilikləri sıraladı və qeyd etdi ki, avtomobil haqqında daha ətraflı məlumatı Toyota Bakı Mərkəzindən və ya www.toyota.az saytından əldə edə bilərsiniz.

Onun sözlərinə görə, keyfiyyət, davamlılıq və etibarlılığı özündə mükəmməl şəkildə birləşdirən yeni Toyota LC 200 modeli bir çox xüsusiyyəti ilə öz sinfində seçilir. Ən son yeniliklərlə təchiz edilmiş mükəmməl interyeri sayəsində özünüzü həm rahat, həm təhlükəsiz hiss edəcəksiniz.



LC 200 sevərlər iştirak etdikləri tədbirlərdə onun möhtəşəm yeniliklərlə dizayn edilmiş interyer və eksteryerinə heyran qalıblar. Yeni model ön tərəfdəki dəmir qoruyucusu, ön və arxa lampaların quruluşu ilə insanlara daha aqressiv, dözümlü və inamlı görünüş bəxş edib.

Ön paneldə ən mühüm dəyişiklik kimi mərkəzdəki 9 düym tamrəngli sensor ekranlı monitor və mərkəzi paneldəki simsiz telefon adapteri nəzərə çarpır. Cihaz paneli 4,2 düymlük multi-informasiya displeyi əlavə edilərək yenidən dizayn edilib.




Avtomobilin ön baxış sistemi 4 video kamera ilə əhatə olunub ki, bu da yolsuzluq şəraitində əvəzedilməz bir yenilikdir. Dağa qalxdığınız zaman geniş bucaqlı kamera təkər altına nəzarət etmək üçün çox əlverişlidir.



Hal-hazırda Toyota-nın Azərbaycandakı rəsmi nümayəndəliyi LC 200 modelini 4,6 benzin və 4,5 dizel mühərrikləri ilə təqdim edir. Qənaətcil xüsusiyyətləri bu avtomobili regionun ən çox satılanlarından birinə çevirmişdir. Toyota-nın dünya miqyasında qəbul edilmiş keyfiyyət və etibarlılıq standartları LC 200 modelini hətta ikinci əl bazarında belə ən çox tələbatı olan avtomobil edib. LC 200 modeli AVRO 4 ekoloji standardlarına tam uyğundur.



Sadalanan bütün bu keyfiyyətləri ilə yeni Toyota Land Cruiser 200 modeli azərbaycanlı alıcıların etimadını bir daha doğruldacaq və ona olan marağı qat-qat artıracaq. Müştərilər yeni Toyota LC 200 modelini artıq Toyota Bakı Mərkəzindən əldə edə bilərlər.

Tags:  Toyotanın yeni modeli Azərbaycanda FOTO


RƏYLƏR


Top news