Alibaba ən nüfuzlu qəzeti alır

Alibaba ən nüfuzlu qəzeti alır
13:47 14 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Çinin ən böyük internet şirkəti Alibaba Honkonqun ən nüfuzlu və ən yaşlı qəzeti The South China Morning Post-u (SCMP) 266 milyon dollara satın alır.
Milli.Az Bloomberg-ə istinadən bildirir ki, sövdələşmə nəticəsində Alibaba holdinqi SCMP Group Ltd-nin küçə reklamı agentliyinə, jurnallara və internet-resurslarına da yiyələnəcək.
SCMP hazırda əslən çinli olan malayziyalı milyarder Robert Kuoka məxsusdur. Kuok 1993-cü ildə SCMP-ni mediamaqnat Rupert Merdokdan satın almışdı.

1906-cı ildən bəri ingilis dilində nəşr olunan The South China Morning Post son vaxtlar Çindəki hadisələrdən bəhs edir. 
The South China Morning Post bir zamanlar dünyanın ən gəlirli qəzeti sayılsa da, son vaxtlar tirajı azalıb. Hazırda qəzetin gündəlik tirajı 104 min nüsxədir.

Alibaba Group-un banisi və sahibi Cek Ma 23 milyard dollarlıq sərvətə malikdir.
1999-cu ildə yaradılmış Alibaba Group dünyanın ən böyük internet-dükanlarından birinə malikdir.
Çində elektron ticarətin 80 faizi bu şirkətin payına düşür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR