Türk ordusu İraqdan çəkilir

Türk ordusu İraqdan çəkilir
13:51 14 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə İraqdan qoşununu çıxarır. ANS PRESS-in məlumatına görə, bu barədə "Reuters" yazıb.
Məlumata görə, Türkiyə Mosuldakı Başika düşərgəsindəki hərbçilərinin bir hissəsini şimala doğru hərəkət edir.

Agentliyin mənbələri bildiriblər ki, cümə günü baş nazirlik tərəfindən yeni nizamlama açıqlanıb. Hərbçilərin yerdəyişməsi də bu çərcivədə olacaq.

Aralarında tankların da olduğu 10-12 maşınlıq karvan artıq yerini dəyişib.

Türkiyənin ötən həftə Başika düşərgəsinə göndərdiyi hərbi birliklər sıərt reaksiyalara səbəb olmuşdu. Milli İstihbarat Təşkilatı (MİT) müstəşarı Hakan Fidan və Daxili işlər nazirinin müşaviri Feridun Sinirlioğlu Bağdada gedərək təmaslarda olublar.

"Başikadakı düşərgəsinə göndərilən hərbi hissələrlə bağlı tələblərdə İraq hökumətinin həssasiyətini nəzərə alınaraq dəyişiklik edilib".
Amma bu açıqlamaya baxmatyaraq rəsmi Bağdad etirazını BMT Təhlükəsizlik Şurasında gündəmə gətirməyə hazırlaşır.

Bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk hərbçilərinin İraqa daxil olmasının səbəbini açıqlayıb.
Ərdoğan bildirib ki, Türkiyə qoşunu İraqın şimalındakı bazada ölkə rəhbərliyinin xahişi ilə yerləşdirilib.

“Hərbçilərimiz Başika bölgəsinə ilk dəfə İraq prezidenti Fuad Məsumun xahişi ilə 2014-cü ildə yerləşdirilib”, deyə Türkiyə prezidenti bəyan edib.

Dekabrın 4-də “Türkiyə Silahlı Qüvvələri” (TSK) 2 ildən artıq müddətdir Şimali İraq Mosul əyalətinin Türkiyə sərhəddinə yaxın Başika bölgəsində peşmərgə və İŞİD əleyhdarı digər qruplara hərbi təlim keçən desant birliyində dəyişiklik edib. Bölədəki 80-90 türk əsgəri sayı 138-ə çatdırılıb.

Bundan başqa bölgədə fəaliyyət göstərən, 25 tankdan ibarət zirehli qoşun birliyində də dəyişiklik olub. Zirehli birliyin tərkibində olan hərbçi sayı da nəzərə alındıqda, bölgədəki türk hərbçi sayının ən azı 300 olduğu bildirilir.


Türkiyə ordusunun daxil olduğu Mosul şəhəri

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367232

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR