Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı metrosu Rəşid Behbudovun 100 illik yubileyi ilə əlaqədar tədbirlərə başlayıb

Bakı metrosu Rəşid Behbudovun 100 illik yubileyi ilə əlaqədar tədbirlərə başlayıb

Date: 14 December 2015 14:03


Bakı, 14 dekabr, Elvin Camalov, AZƏRTAC
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycanın dünya şöhrətli böyük sənətkarı, SSRİ Xalq Artisti Rəşid Behbudovun 100 illik yubileyi ilə əlaqədar tədbirlərə başlayıb.
Bu barədə AZƏRTAC-a “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə Rəşid Behbudovun yubileyi ilə əlaqədar Bakının metro stansiyalarında dahi ifaçının əks olunduğu lövhələr yerləşdirilib. Lövhələr əsasən sərnişinlərin sıx olduğu stansiyalarda - “Sahil”, “İçərişəhər”, “28 May”, “Elmlər Akademiyası” və “Neftçilər” metro stansiyalarında quraşdırılıb.

Tags:  Bakı metrosu Rəşid Behbudovun 100 illik yubileyi əlaqədar tədbirlərə başlayıb


RƏYLƏR


Top news