Çempionlar Liqası: 1/8 finalın püşkü atıldı

14 dekabr, 2015 / Bu gün UEFA-nın Nyon şəhərində yerləşən mənzil-qərargahında Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Reqlamentə əsasən, 1/8 finalda qrup qalibləri ikincilərlə qarşılaşacaqlar. Ancaq eyni ölkə təmsilçiləri, eyni qrupda mübarizə aparmış komandalar və Rusiya ilə Ukrayna klublarının üz-üzə gəlmək ehtimalı yox idi.

Püşkatmanın nəticələri belə olub:

"Gent" - "Volfsburq"

"Roma" - "Real" (Madrid)

PSJ - "Çelsi"

"Arsenal" - "Barselona"

"Yuventus" - "Bavariya"

PSV - "Atletiko" (Madrid)

"Benfika" - "Zenit"

"Dinamo" (Kiyev) - "Mançester Siti"

1/8 finalın ilk oyunları 16/17 və 23/24 fevral, cavab görüşləri isə 8/9 və 15/16 mart tarixlərində keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR