Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rəşid Behbudovun məzarı önündə anım tədbiri keçirilib

Date: 14 December 2015 14:07

"Report" xəbər verir ki, bu münasibətlə Fəxri xiyabanda Rəşid Behbudovun məzarı önündə anım mərasimi keçirilib.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, xalq artisti Mübariz Tağıyev, Rəşid Behbudovun ailə üzvləri, mərhum müğənninin sənət dostlar iştirak edib.
Nazir müavini Ə.Vəliyev mərhum müğənninin yubiley tədbirlərinin 2016-cı ildə davam etdiriləcəyini deyib. Onun sözlərinə görə, 2016-cı ildə Rəşid Behbudov adına Musiqi Festivalının keçirilməsi planlaşdırılır. 
Azərabaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə R.Behbudovun insanların qəlbində və yaddaşında yağadığını söyləyib: "Sənətkar ömrüünün sonu yoxdur, əsl sənətkarın ömrü dünyasını dəyişəndən sonra da davam edir, əbədi yaşayır".
Sənətkarın qızı, əməkdar artist Rəşidə Behbudova atasının yubileyinə həsr edilən mərasimin yüksək səviyyədə keçəcəyinə inandığını bildirib: "Atamın yubiley tədbiri İsraildə, Rusiyanın müxtəlif şəhərlərində, Türkiyədə keçiriləcək. Bakıda onun abidəsi ucaldılacaq".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin martın 18-də Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. R.Behbudovun 100 illik yubileyinə həsr olunan təntənəli yubiley gecəsi Heydər Əliyev adına Sarayda keçiriləcək.

Tags:  Rəşid Behbudovun məzarı önündə anım tədbiri keçirilib

RƏYLƏR


Top news