FHN-nin hərbi qulluqçularına ali hərbi rütbələr verildi

FHN-nin hərbi qulluqçularına ali hərbi rütbələr verildi
14:12 14 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilsin:

- polkovnik Valeh Cümşüd oğlu Abdullayevə

- polkovnik Şahmar Ənvər oğlu Paşayevə

- polkovnik Ramil Nazim oğlu Cəfərova".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR