Otellərdə Yeni il şənlikləri - Bir gecəsi 1500 manat

Otellərdə Yeni il şənlikləri - Bir gecəsi 1500 manat
14:12 14 Dekabr 2015
156 Digər
Ölkə mətbuatı
A- A+

Bakının məşhur otelləri Yeni il şənliklərinə hazırlaşır. 

Milli.Az azvision.az-a istinadən bildirir ki, bu il otellər şənlik iştirakçılarını dəbdəbəli proqramlar, xarici müğənnilər, güzəştili təkliflər və bahalı qiymətlərlə təəccübləndirəcək. Bu ilki qiymətlər əvvəlki illərlə müqayisədə xeyli bahadır.

Qiymətlərin baha olmasına baxmayaraq, otellərin əksəriyyətində artıq yerlərin hamısı bron edilib. Bölgələrdəki lüks otellərdə isə yer tapmaq mümkünsüzdür. 

Bakının məşhur "Fairmont Gold Lounge" oteli müştərilər üçün xüsusi Yeni il təklifi hazırlayıb. Belə ki, oteldə Yeni ilin şam yeməyi menyusu bir nəfər üçün 190 manatdır. Menyuda bundan əlavə canlı jazz və DJ əyləncə proqramı daxildir.

Yeni ili "Four Seasons" Hotelində qeyd etmək istəyənlər isə bir nəfər üçün 75 manatından keçməlidir. 

Yeni ili bölgələrdə keçirmək istəyənlər daha çox olduğundan artıq sifarişlər ötən aydan verilməyə başlayıb. Demək olar ki, dekabrın son günü üçün çox az sayda boş otel tapmaq olar. Qəbələ Yeni il şənliyi üçün yer tapmaq çətindir. Rayondakı "Qafqaz Riverside Hotel"də artıq bütün yerlər bron olunub. 

"Qafqaz Tufandağ"da isə 30 dekabr - 3 yanvar tarixləri üçün bütün yerlər tutulub. 2016-cı ili Qəbələninin bu otelində keçirmək istəyənlər üçün endirimlər var. Oteldə bir gün üçün iki nəfərlik yerlər 200 manatdır. Yanvar ayının 3-dən sonra isə qiymətlərə endirimlər edilib. Belə ki, yanvarın 3-dən sonra oteldə iki nəfərin bir günlük istirahəti 170 manat nəzərdə tutulub.

"Qafqaz Resort" da Yeni il şənliyi üçün yerlər tamamilə tutulub.

Qəbələnin bahalı otellərindən olan "Qafqaz Karvansaray Hotel"ində qiymətlər heç də ucuz deyil. İki nəfər üçün Yeni il şənliyi 510 manatdır. 

Qusarda yerləşən məşhur "Şahdağ" və "Zirvə" otellərində indidən bütün yerlər tutulub.

Qeyd edək ki, bu oteldə Yeni ili qarşılamaq hər bir müştəriyə 460 manata başa gələcək. "Şahdağ"da dekabrın 31-i iki nəfərlik Yeni il şənliyi 460 manat, yanvar ayının 1-dən 5-nə kimi isə 245 manatdır. Qeyri-bayram günlərində isə oteldə istirahət etmək iki nəfər üçün 155-195 manat civarındadır. 

Qusarda yerləşən "Park Chalet" və "Big Palace"də artıq Yeni il paketləri satılıb. Burada Yeni il şənliyi digər günlərdən bir qədər bahadır. Belə ki, "Big Palace"də Yeni il şənliyi iki nəfər üçün 370 manat, "Park Chalet"-də isə 170 manatdır. Burada iki nəfərlik otaqlar 250 manatdan başlayır, oteldə istirahət etmək üçün minimum 4 gecə qalmaq lazımdır. 

Şimal bölgəsinin digər dəbdəbəli oteli "Quba Rixos" hazırda sosial şəbəkələrdə Yeni il şənliyinin 859 manata başa gələcəyi barədə reklam kampaniyasına başlayıb. Otelin dekabrın 1-dək olan sifarişlərdə 20% endirim olacaq. Ayın 1-dən sonra isə qiymətlər artacaq. Oteldə yer sifarişi isə minimum 3 gecəlik olmalıdır. 2 nəfərlik Yeni il paketinin qiyməti isə 1359 manata başa gəlir. Dekabrın 1-dən sonra alınan paketlərin qiyməti isə eyni şərtlərlə 1559 manat olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390102.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR