Elton Aygünlə dalaşdı, İlhamə Quliyeva əsəbiləşdi: "Sən çaşdın"

Elton Aygünlə dalaşdı, İlhamə Quliyeva əsəbiləşdi: "Sən çaşdın"
14:16 14 Dekabr 2015
119 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Elton Hüseynəliyev və Natavan Həbibi “10-dan sonra” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, E.Hüseynəliyev açıqlaması ilə hər kəsi təəccübləndirib.

O, Natavanla eyni verilişə qonaq olduğu üçün xalq artisti Aygün Kazımovanın ondan incidiyini bildirib:

“Niyə biz xırda məsələləri böyüdürük? Bu gün verilişə gəlməklə bir dostumla əlaqəni kəsdim. Dünən mesajlaşdıq, yazışdıq. Mən Natavanla eyni verilişə qatıldığıma görə yaxşı dost deyiləm. Aygün Kazımovadan mənə zəng gəldi ki, “Natavanla verilişə çıxma”. Hər zaman Aygün üçün yaxşı olmasına çalışmışam. Qatıldığım toylarda belə Aygünü istəməyiblər, çalışıb onu ora salmışam. O deyir ki, mənim sözüm qanundur, nə deyirəm olmalıdır. Mənim öz fikrim, qərarım var. Kiminsə düşmənçiliyinə görə, başqası ilə düşmən olmayacam. Bizim Natavanla münasibətimiz yaxın deyildi. Amma danışmamazlıq da etmirdik”.

E.Hüseynəliyevə xalq artisti İlhamə Quliyevadan sərt cavab gəlib:

“Aygünlə münasibətim pis deyil. Mən istərdim ki, mehribançılıq olsun. Aygünlə Natavan barışmırlarsa, şəxsi işləridir. Eltona gəldikdə isə... Səni Tolik dəstəkləyir. Onun Aygünə də xeyri dəyib. Bir-iki gündə nəsə olubsa, belə sözlər demək lazım deyildi. Yadına “Azəristar”ı sal. Orada səni dəstəkləmişəm. Deyirsən, “Mənim qanunlarımı hesaba almırsan”. Sən və başqası mənim qanunlarımı hesaba almalıdır. Çünki onların hamısı xeyirxahlıqdandır. Mən dövlət deyiləm ciddi qanun qoyum. Mənim sənət adamları arasında qanun irəli sürməyə haqqım çatır. Xahiş edirəm, bir də belə səhvlərə yol verməyəsən. Mən Natavanı da çox istəyirəm, arzu edirəm mehriban olasınız. Natavan kinli qız deyil. Ana-bala arasında da söz-söhbət olur. Barışmaq istəmirlərsə, incimirəm. Aralarında olan söz-söhbətin dərinliyini bilmirəm. Aygünü də hər zaman dəstəkləmişəm. Ona deyəndə, cavab verdi ki, “Sizi eşitməyə hər zaman hazıram”. Amma sonra hiss etdim ki, ürəyincə deyil”.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42455

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR