.Vazehin 220 illik yubileyi münasibətiylə sərgi keçirildi

.Vazehin 220 illik yubileyi münasibətiylə sərgi keçirildi
11:54 30 Dekabr 2014
89 Sosial
Ölkə mətbuatı
A- A+

Dekabrın 29-da Gəncədə Azərbaycan ədəbiyyatının görkəmli şairi, tanınmış maarifci Mirzə Şəfi Vazehin anadan olmasının 220 illiyinə həsr olunmuş  “M.Ş. Vazeh təsviri sənətdə və musiqidə” adlı sərgi-konserti keçirilib. Lent.az-ın məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm İdarəsinin birgə Məhsəti Mərkəzində  təşkil etdiyi tədbirdə  İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, tanınmış  sənətkarlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Sərgidə 44 nəfər rəssamın 100-ə qədər yağlı  və sulu boya, vitraj, tuş, şüşə, xovlu tikmə ilə işlənmiş rəngkarlıq, boyakarlıq, keramika əsərləri, qədim məişət əşyaları nümayiş etdirilib. Burada görkəmli şair M. Ş. Vazehin həyat və yaradıcılığını əks etdirən əsərlərə daha geniş yer verilib.

 

E. Vəliyev tədbirdə çıxışında deyib ki, xalq tətbiqi sənət nümunələrinin  yaşadılması,  gələcək nəslə ötürülməsi üçün hər cür şərait yaradılacaq, yaxın zamanlarda Gəncənin tanınmış rəssamlarının sərgiləri təşkil olunacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189115

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR