Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qubada 3 ton alma oğurlayan Aşkari aşkar edildi

Qubada 3 ton alma oğurlayan Aşkari aşkar edildi

Date: 14 December 2015 14:21

Qubada 3 ton alma oğurlayan şəxs saxlanılıb. Quba polis şöbəsinin təhqiqatçısı Famil Mirzəbəyovun ANSPRESS-ə verdiyi məlumata görə, saxlanılan şəxs rayon sakinin sahəsindən 100 yeşik meyvə aparıb.

Hadisə rayonun Zərdabi kənd sakini Nuru Əmrulla oğlu Abdulovun təsərrüfatında baş verib. Belə ki, o, yaşayış olmayan evinin saxlanc yerindən 100 yeşik saf və satılıq alma oğurlanması barədə polis şöbəsinə rəsmi ərizə ilə müraciət edib.




Dərhal işə başlayan əməliyyatçılar düşmənin ocaq başında olduğunu müəyyən edə biliblər. Məlum olub ki, Nuru Abdulovun halal malına haramlıq qatan elə öz həmkəndlisi, 26 yaşlı Mehman Vahab oğlu Aşkaridir.

Artıq oğru kimi aşkara çıxan Mehman Aşkari Quba polis şöbəsində istintaqa cəlb edilib. O əvvəllər də məhkumluq həyatı yaşayıb.




Tags:  Qubada ton alma oğurlayan Aşkari aşkar edildi

RƏYLƏR


Top news