Azərbaycanda qiymətli kağızların emissiyası və ödənişlərlə bağlı cərimələr artırılır

14:22 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Təklif ediləm dəyişikliyə əsasən qiymətli kağızların emissiyası və buraxılışı qaydalarının pozulmasına görə fiziki və hüquqi şəxslərə xəbərdarlıq edilir və ya onlar müvafiq olaraq 200-400 manat və 3000-5000 manat cərimə, vəzifəli şəxslərə isə xəbərdarlıq edilir və ya onlar 600-800 manat cərimə ediləcək.
Qeyd edək ki, hazırda qiymətli kağızların buraxılması (emissiyası), qeydiyyatı və yerləşdirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 50-70 manat miqdarda, hüquqi şəxslər 150-200 manat miqdarda cərimə edilir.
Bundan başqa, Məcəlləyə edilən digər dəyişikliyə əsasən, qiymətli kağızlar üzrə ödəmələrdən imtina etməyə görə cərimələrin artırılması təklif olunur. Dəyişikliyə əsasən, qiymətli kağızların dəyərinin ödənilməsindən və ya onlar üzrə ödənilməli olan əmlakın, dividendin, faizin ödənilməsindən və ya digər ödəmələrdən və ya onların xidmət və ya başqa şəkildə ekvivalentlərinin ödənilməsindən qanunsuz olaraq imtina edilməsinə, yaxud boyun qaçırılmasına və ya ödənilmə qaydalarının pozulmasına görə vəzifəli şəxslər 300-500 manat məbləğdə, hüquqi şəxslər 3000-4000 manat məbləğdə cərimə ediləcək. Hazırda isə bu cərimələr vəzifəli şəxslər üçün 50-70 manat, hüquqi şəxslər üçün isə 150-200 manatdır.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-qiymetli-kagizlarin-emissiyasi-ve-odenislerle-bagli-cerimeler-artirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR