Dünyanı fəth edən bir əsrlik brend - Rəşid Behbudov

Dünyanı fəth edən bir əsrlik brend - Rəşid Behbudov
14:24 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

 

“Boyca balaca, amma çox cəld idim. Məni nəhəng buxar qazanlarının içərisinə salır, əlimə şlanq verib qazanların ərpini təmizləməyi tapşırırdılar. Orada hərarət çox yüksək olurdu. İstidən az qala boğulurdum”. O, yarı zarafat, yarı ciddi – “boyum balaca olsa da, qoçaq idim” – deyə özünü öyərək uşaqlığı haqqında tez-tez bu hekayəni xatırlayarmış. Lakin illər ötür, bu balaca boyla böyük səhnələr fəth edən Rəşidlə bütün Azərbaycan öyünür. Heç təsadüfi deyil ki, ayağını Azərbaycanın hüdudlarına qoyan hər kəsin fəxrlə təqdim etdiyi adlardan biri də Rəşid Behbudov idi. Bu gün Azərbaycan musiqi tarixinə adını qızıl hərflərlə yazdıran bu sənətkarın 100 yaşı tamam olur. Bir əsr yaşı olan Rəşid Behbudov estrada və xalq mahnılarını eyni məharətlə və peşəkarlıqla oxuyan nadir müğənni kimi hələ bundan sonrakı əsrlərdə də xatırlanacaq, nümunə gətiriləcək. Çünki o, zəngin çalarlı, müstəsna səsi ilə Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindəndir.

 

 

Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Anası Firuzə xanım Vəkilovlar nəslinə mənsub olub. Rəşid çətin dolanan ailəyə kömək etmək üçün 12 yaşından işləməyə başlayıb. Evin hər işinə yarayan, dülgərlik, çilingərlik işindən yaxşı baş çıxaran Rəşidin əla xörək bişirmə qabiliyyəti də varmış. Ailənin kiçiyi olan Rəşid anasına bağlılığı ilə seçilib.

 

R.Behbudov 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olur. Təhsil dövründə tələbə özfəaliyyət orkestrində çalışır. Hərbi xidməti zamanı ordu ansamblında solistlik edir. Həmin illərdə Tiflisdə „Teo-caz“ adlı kiçik ansambl yaradır. Cəbhədə konsertlər verir. Bakıda qastrol səfərində olanda burada qalmaq qərarına gəlir. Onun sevgiyə, şəfqətə, saflığa çağıran səsi tez bir zamanda milyonların qəlbini fəth edir. Çox keçmir ki, Rza Təhmasib onu „Arşın mal alan“ filminə dəvət edir. 1945-ci ildə arşınmalçı rolunda çəkilir və bu film ona böyük şöhrət gətirir. Filmin ssenari müəllifi Sabit Rəhman „Azərbaycan kinematoqrafiyasının təntənəsi“ məqaləsində aktyorun oyununu belə qiymətləndirib: „Əsgər rolu Rəşid Behbudovun ilk roludur. Rəşid öz gözəl, lirik səsilə estrada səhnəsində SSRİ-nin bir çox şəhərlərində sevilmiş, alqışlanmışdı. Əsgər onun ilk rolu olmağına baxmayaraq, Behbudovun bir kino aktyoru kimi böyük ümidlər verdiyini göstərir...”

 

"Əsgər mənim ən gözəl "vizit vərəqəm" idi

 

1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur.

 

Çəkilişlər zamanı atasının ölüm ayağında olması haqqında kinostudiyaya teleqram gəlir. O, qrimini təmizləmədən yol maşını ilə Qazağa tələsir. Gəlib çatanda görür ki, atası eyvanda oturub çay içir. Sən demə, atası onunla zarafatlaşmaq qərarına gəlib: “Mənə dedilər ki, indi sən məşhur müğənni olmusan, kinoda çəkilirsən. Mən də yoxlamaq istədim görüm, düzdür, ya yox”.

 

R.Behbudov söhbətlərinin birində deyib: “Mən dünyanın hər hansı bir ölkəsində konsert proqramı ilə çıxış edəndə tamaşaçılar məni hər şeydən əvvəl “Arşın mal alan» filminin qəhrəmanı tacir Əsgər kimi alqışlayırdılar. “Arşın mal alan” Azərbaycan kinosunun bütün dünyada bayrağına çevrildi. Bizim “«Arşın mal alan” dünya ölkələrinin ekranlarını gəzdi. Çox vaxt öz konsertlərimlə filmin arxasınca getməli olurdum və Əsgər mənim ən gözəl “vizit vərəqəm” idi".

 

1946-ci ildə bu filmə Dövlət Mükafatı verilir. “Arşın mal alan” R. Behbudova dünya söhrəti gətirir, ona yeni yaradıcılıq yolları açır. Onun yaratdığı lirik obrazın — Əsgərin könül oxşayan səsi hər bir tamasaçını valeh edir.

 

Bununla yanaşı, o, konsert proqramları ilə çıxış edir, müxtəlif festivallara qatılır. 1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edən R. Behbudov bir-birinin ardınca keçmiş sovet ölkələrində böyük səhnələrə çıxır. 1946-ci ildən R.Behbudov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. Sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artır. Tofiq Quliyevlə sənət əlaqələri bərkiyir. Behbudovun repertuarında “Azərbaycan”, “Neftçi”, “Züleyxa” və başqa onlarla  mahnı yer alır. O, həmçinin Fikrət Əmirovun romans və mahnılarını da ifa edir.

 

Dinləyicilər arasında ən azı birinin ürəyi gedirdi

 

R.Behbudovun Azərbaycan milli kinematoqrafiyasının inkişafında xidmətləri təkcə “Arşın mal alan” kinokomediyası ilə bitmir. O, həmçinin “Bəxtiyar” filmində, “1001-ci qastrol”, “Doğma xalqımıza”, “Toyda görüş”, “Abşeron ritmləri” film-konsertlərində və bir çox sənədli filmlərdə, kinojurnallarda çəkilir. 1951-ci ildə Rəşid Behbudov Çinə qastrol səfərinə gedir. Bu ölkədə “Arşın mal alan” filmi "Örtüksüz məhəbbət" adı ilə nümayiş etdirilərək çox məşhurlaşmışdı. Rəşidi orada hamı tanıyır, məşhurluq onu addımbaşı izləyirdi. “Bəxtiyar” filmi isə bu populyarlığın yeni dalğası idi. Üstəlik, Tofiq Quliyevin mahnıları, solo-konsertlər, laureatlıq. O, mahnıları elə ustalıqla ifa edirdi ki, hər dəfə dinləyicilər arasında hədsiz sentimentallardan heç olmasa birinin ürəyi gedirdi. Odessada onun maşınını camaat əlləri üstündə gəzdirirdi. Keçmiş ittifaqda müğənniyə vurulmayan qız bəlkə də tapılmazdı.

 

Yüksək peşə mədəniyyətinə, böyük vokal və musiqi-səhnə ustalığına malik olan R.Behbudov Azərbaycanda opera sənətinin inkişafına da sanballı töhfələr verib. Premyerası 25 dekabr 1953-cü ildə olan “Sevil” operasında əsas qəhrəman — Balaş rolu Behbudova tapşırılır. F.Əmirovun bu məşhur operasında ifa etdiyi Balaş rolu — dərin dramatizmlə aşılanmış bu obraz sanballı opera-səhnə uğurlarından biri kimi geniş miqyasda təqdir olunub. O, öz sənəti ilə işıqlı bir ümid doğurur, dünyanın sənət fəlsəfəsini açır, insanları daha xoşbəxt çağların gələcəyinə inanmağa çagırırdı. Səsindəki həzin lirizm insan ürəyinin qüdrətini və genişliyini vəsf edirdi.

 

1946-56-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-60-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olan R.Behbudov 1966-cı ildən musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını yaradır və onun bədii rəhbərli olur. Bu, SSRİ-də ilk belə teatr idi. Müğənni həmin ansamblla 56 ölkəni gəzir, Mərkəzi Amerikadan başqa dünyanın hər yerində səhnəyə çıxır.

 

4200 metr hündürlükdə oksigen yastığı ilə nəfəs alırdı

 

R. Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında böyük rol oynayıb.  Azərbaycan mahnıları ilə yanaşı o, 50-dən artıq xarici mahnını da həmin xalqın dilində ifa edib.  Ansambl bəzi ölkələrdə bir neçə dəfə, təkcə Hindistanda 6 dəfə qastrol səfərində olub. O, xarici ölkələrdə verdiyi konsertlərdə yerli xalqların dilində oxuyur, heyrət nidaları və alqışlarla qarşılanırdı. R.Behbudovun özünün çəkdiyi və filmə daxil edilən kinoxronikadan aydın olur ki, İran səfəri zamanı verdiyi konsertlərdən yığılan vəsaiti Tehranda Gənclər Evinin konsert salonunun tikintisinə hədiyyə edir. İran gənclər naziri çıxışında bildirir ki, 1962-ci ildə Tehranda dəbdəbəli konsert kompleksi vaxtilə onun şərəfinə “Rəşidiyyə” adlandırılıb. Çilidə olarkən R.Behbudov bir çox şəhərlərdə konsertlər verir. Hətta partizanlar onu öz kollektivi ilə birgə dağlara aparırlar. Burada R.Behbudov və onun həmkarları 4200 metr hündürlükdə konsert verir, antraktlarda isə isti çay içmək əvəzinə oksigen yastığı ilə nəfəs alırdılar.

 

Həmin səfərdə iştirak edən musiqiçilərin dediyinə görə, üç ay ərzində kollektiv tərəfindən 85 konsert verilib və həmin konsertlərdə bir neçə yüz min tamaşaçı iştirak edib. R.Behbudov özünün parlaq yaradıcılığı və ictimai fəaliyyəti ilə xarici ölkələrlə mədəni əlaqələrini daha da möhkəmlənməsinə kömək edirdi. O, bir çox böyük ümumdünya incəsənət məclislərində, beynəlxalq gənclər festivalında, xalqlar dostluğu konsertlərində, Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Avstriya, Portuqaliya, Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan, Ekvador, Peru, Argentina, Boliviya və s. ölkələrdə olub və demək olar ki, yer kürəsini fəth edib.

 

Bir çox görkəmli bəstəkarların mahnıları R.Behbudovun ifasında dünya xalqlarının 50-dən çox dilində səslənib. R.Behbudov dünyanın məşhur ölkəsinə səfəri haqqında “Uzaq Hindistanda” kitabını yazır. O, 1954-cü ildə yenidən ekranda göründü — “Doğma xalqıma” sənədli filmində, Azərbaycanın elə bir şəhəri, rayonu və kəndi yoxdur ki, sənətkarın ayağı oraya dəyməmiş olsun. Dünyanın hər yerində, bütün keçmiş sovet respublikalarında yüz minlərlə adam onun ecazkar səsinə valeh olmuşdu.

 

 Məşhur mügənni Azərbaycanın tam səlahiyyətli mədəniyyət elçisi hesab edilirdi. Azərbaycan adını və musiqisini dünya səhnələrində tanıdan müğənni həm də  ictimai xadim kimi tanınıb. O,  Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, 2 “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri ilə təltif olunub, bir sıra xarici ölkələrin mükafatlarına layiq görülüb. R. Behbudov  bütün istedadını, tükənməz qüvvəsini, böyük təcrübəsini və biliyini Azərbaycan mədəniyyətinin inkişafına və tərəqqisinə verib.

 

Azərbaycan xalqının sevimli lirik tenoru 1989-cu il iyunun 9-da vəfat edir. Milyonlarla insan bu itki ilə gözüyaşlı barışır. Lakin onun şirin və ecazkar səsi neçə illərdir ki, milyonlarla tamaşaçı və dinləyicininin qulaqlarında səslənən ən sevimli nəğmə kimi qalır. Onun özündən sonra yeganə yadigarı olan qızı Rəşidə atasının yolunu davam etdirir. Bakıda R. Behbudovun adını daşıyan küçə, baralyef və Mahnı Teatrı var. Sənətkar haqqında bir çox sənədli filmlər çəkilib, kitablar və elmi məqalələr yazılıb.

 

 

 






















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Daşkəsəndə məişət tullantılarının idarə olunmamasına görə bələdiyyə sədri 3 min manat cərimələnib

22 Avqust 2017 15:22

Bakı Baza Tibb Kolleci xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə ən yüksək keçid bala malik olub

22 Avqust 2017 15:22

Bakıda “Qurban bazar” adlı xeyriyyə yarmarkası təşkil ediləcək

22 Avqust 2017 15:22

Metbuat.az-ın məşhur qonağı Eldəniz Məmmədov

22 Avqust 2017 15:21

Bu il 177 qanvermə aksiyası keçirilib

22 Avqust 2017 15:19

Mark Zukerberq ABŞ-ın yeni lideri ola bilər?

22 Avqust 2017 15:18

Bakıda evə basqın

22 Avqust 2017 15:18

Millinin sabiq qapıçısı FETÖ-cu çıxdı

22 Avqust 2017 15:17

Azərbaycanlı prodüser Nüşabə və Xatirəni lağa qoydu – FOTO

22 Avqust 2017 15:13

Ədliyyə naziri Zaqatalada vətəndaşları qəbul edəcək

22 Avqust 2017 15:12

Azərbaycanlı tanınmış rəqqasə burnunu 2-ci dəfə əməliyyat etdirir - VİDEO

22 Avqust 2017 15:09

Qısamüddətli notlar dövlət qeydiyyatına alındı

22 Avqust 2017 15:06

Ərdoğan: “Onlara hər yeri məzar edəcəyik”

22 Avqust 2017 15:03

Ərdoğanın Bakı səfəri Azərbaycana nə vəd edir?

22 Avqust 2017 14:59

Taekvondoçumuz Universiadada gümüş medal qazandı

22 Avqust 2017 14:58

Cəlilabadda 5 mərtəbəli yaşayış binasında yanğın baş verib, 3 nəfər təxliyyə olunub

22 Avqust 2017 14:57

İtaliyanın yeni səfiri TAP layihəsinin tikintisindəki vəziyyətlə bağlı Azərbaycan tərəfini məlumatlandırıb

22 Avqust 2017 14:52

Azərbaycan Mərkəzi Bankı 100 mln. manatlıq not buraxır

22 Avqust 2017 14:52

Qum və su ilə çılpaq bədənlərini örtən modellər – FOTOSESSİYA

22 Avqust 2017 14:48

Dənizdə itkin düşən neftçinin meyiti tapıldı

22 Avqust 2017 14:48

Bu ilin ilk 6 ayı ərzində qanvermə aksiyasında iştirak edənlərin sayı açıqlanıb

22 Avqust 2017 14:42

Elməddin Cəfərov müflis oldu, maşınını da satdı...

22 Avqust 2017 14:39

Bu yazını oxuyandan sonra Finlandiyaya köçmək istəyəcəksiniz - İDEAL TƏHSİL

22 Avqust 2017 14:38

Troyan şəkillərin köməyi ilə antiviruslardan gizlənməyi öyrənib

22 Avqust 2017 14:35

Azərbaycanda bank olmayan kredit təşkilatı vəfat etmiş müştərini məhkəməyə verib

22 Avqust 2017 14:27

Azərbaycan taekvondoçusu Universiadada erməni rəqibinə qalib gələrək finala yüksəlib

22 Avqust 2017 14:27

"Saxla" əmrinə məhəl qoymayan avtoxuliqanın sonu

22 Avqust 2017 14:23

Ali məktəblərin boş qalan yerlərinə qəbul olan abituriyentlərin siyahısı dərc olunub

22 Avqust 2017 14:22

Qvardioladan ilginc açıqlama: Messi "Mançester Siti"də?

22 Avqust 2017 14:17

SON DƏQİQƏ: Bakının mərkəzində mağaza yanır

22 Avqust 2017 14:15

Ordu İŞİD-in son böyük qalasına girdi

22 Avqust 2017 14:13

Rusiya və Ermənistan prezidentləri Soçidə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

22 Avqust 2017 14:12

Norveç yığmasının baş məşqçisi: "Azərbaycan millisini qiymətləndirməməyimiz doğru olmaz"

22 Avqust 2017 14:12

Ekspertlər ABŞ-Çin ticarət müharibəsində əsas zərərçəkən tərəfin adını açıqlayıb

22 Avqust 2017 14:12

Cinayətdən sonra SİM kartı sındırıb atmısınız?

22 Avqust 2017 14:11

Nuşirəvan Məhərrəmli: "Televiziya verilişlərinin reytinqini ölçən təşkilatların fəaliyyəti qeyri-şəffafdır"

22 Avqust 2017 14:07

Qoşunlar çıxarılır: Rusiyanı təslim olmağa məcbur edən SƏBƏBLƏR

22 Avqust 2017 14:03

Bakıda bahalı geyimlərin satıldığı mağazaların yerləşdiyi binada yanğın başlayıb

22 Avqust 2017 14:02

Nazirlik: Sentyabrda müəllimlərin işə qəbulu üzrə müsahibənin əlavə yerləşdirmə mərhələsi keçiriləcək

22 Avqust 2017 13:57

Əmlak Məsələləri Dövlət Komitəsi 110 hərrac keçirib

22 Avqust 2017 13:57

Bakıda brend mağazalardan birində yanğın olub

22 Avqust 2017 13:54

Bakıda brend mağazalar yanır

22 Avqust 2017 13:53

“Tekfen Holding”in qurucularından biri vəfat edib

22 Avqust 2017 13:52

Norveç millisinin Azərbaycan və Almaniya ilə oyunlar üçün heyəti açıqlanıb

22 Avqust 2017 13:52

Yapon həkimdən 15 QIZIL MƏSLƏHƏT - Sağlam olmaq istəyirsinizsə, bunları edin!

22 Avqust 2017 13:48

Özündən 20 yaş böyük sevgilisini öldürən gənc cəzalandırıldı

22 Avqust 2017 13:43

Gəncədə yeni doğulan körpə öldü

22 Avqust 2017 13:43

İsrailin baş naziri Rusiyaya səfər edəcək

22 Avqust 2017 13:42

DİQQƏT: Sərnişin qatarlarına minik istiqaməti dəyişdirilir

22 Avqust 2017 13:38

Azərbaycanda daha bir körpə ölümü

22 Avqust 2017 13:34