Yeni il bazarlığı və qiymətlər (FOTO, CƏDVƏL)

Yeni il bazarlığı və qiymətlər (FOTO, CƏDVƏL)
14:26 14 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Yeni ilin yaxınlaşması ilə əlaqədar mağazalarda bayram hədiyyələrinin və ləvazimatlarının satışına başlanıb. Bu vətəndaşları razı salsa da ,ancaq mağazalardakı qiymətlər heç də hər kəsin cibinə uyğun deyil.

ANS PRESS-in məlumatına görə bayramda ən çox satılan küknar ağacı (yolka) və bayram hədiyyələrinin qiyməti kifayət qədər bahadır. Belə ki, mağazalarda apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, bayramın simvolu sayılan küknar ağacının qiyməti 20 manatdan başlayır, 1000 manata qədər yüksəlir. Satıcıların sözlərinə görə ,bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 5%-ə yaxın bahalaşma deməkdir.

Yeni il ləvazimatlarının satışı ilə məşğul olan Mahir adlı şəxs deyir ki, bahalaşmaya səbəb manatın ucuzlaşmasıdır: "Hazırda 120 manata satılan küknar ağacı keçə il 80-100 manat idi. İndi onu daha baha aldığımız üçün məcburuq biz də baha sataq. Həm də axı bu mövsümi bayramdır. İl ərzində bir dəfə qeyd edildiyi üçün biz də bu bayramda qazanamağa çalışırıq".


Qiymətlərin müqayisəli cədvəli

Satıcılar "yolka"-ları bəzəmək üçün lazım olan əşyaların qiymətlərində də artım olduğunu deyirlər.Ötən il orta böyüklükdə olan bir küknar ağacını bəzəmək üçün insanlara 50-55 manat kifayət edirdisə, indi 60-70 manat arası pul xərcləmək lazımdır.

Bayram hədiyyələri də kifayət qədər bahadır. Təkcə şaxta-baba maskası insanlara 20 manata təklif edilir.

Alıcılar da qiymətlərin baha olmasından şikayət edirlər. Məsələn şəhər sakini Telli Mirzəzadə deyir ki, ailəsi üçün şam ağacı almaq istəsə də, baha olduğundan ən kiçiyini seçməli olub.

"Düzdür cibimizə uyğun olan küknar ağacı ən balacalarından biridir. Ancaq bu, ildə bir dəfə qeyd olunan bayram olduğu üçün cibimizdən bir az fədakarlıq etməyə məcbur oluruq. Həm də axı uşaqlara demək olmur ki, bizim böyük "yolka" almağa pulumuz çatmır. Ancaq ötən illə müqayisədə qiymət artımı təbii ki gözə çarpır. Qiymətlər baha olduğu üçün hədiyyələr barədə hələlik düşünmürəm. Çünki hələ bayram süfrəsi bazarlığında nələrlə qarşılaşacağımızı bilmirik".

Mağazalarda apardığımız araşdırmalar zamanı məlum oldu ki, aylıq maddi gəliri 600-700 manat olan bir ailə adi bir "yolka" almaq üçün 80-100 manat, onu bəzəmək üçün bəzək əşyalarına 35-50 manat, hədiyyə almaq üçün isə ən azı 80-100 manaxt xərcləməlidir. Alıcıların dediyi kimi, bayram süfrəsi üçün ərzaqları alarkən hansı sülprizlərlə qarşılaşacağımız hələlik məlum deyil.

Amma topdansatış və şəhər mərkəzindən uzaq mağazalarda daha ucuz qiymətə bayram ləvazimatları tapa bilərsiniz.

ANS PRESS bayram "yolka"-larının və hədiyyələrinin qiymətini təqdim edir:


Ən böyük küknar ağacı- 850 AZN


Ən kiçik küknar ağacı- 20 AZN


Şaxta baba kuklası- 150 AZN


Şaxta baba maskası- 20 AZN


Şaxta baba və qar qız gəlincikləri - 20 AZN


Şaxta baba- 220 AZN


Bayram bəzəkləri- 5- 25 AZN

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367218

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR