Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Suriya məsələsində Tehran və Moskvanın heç bir ziddiyyətli mövqeyi yoxdur"

"Suriya məsələsində Tehran və Moskvanın heç bir ziddiyyətli mövqeyi yoxdur"

Date: 14 December 2015 14:27

İran və Rusiya arasında Suriya məsələsi ilə bağlı heç bir ziddiyyətli mövqe yoxdur.

Bunu İranın xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahian deyib.

Trend-in məlumatına görə, bu barədə İranın İRNA agentliyi məlumat verir.

H.Əmirabdullahian deyib ki, hər iki ölkə Suriya ordusuna terrorizmlə mübarizədə yardım edir: "İranın hərbi məsləhətçiləri Suriyada terrorizmlə mübarizə üçün işlərini fasiləsiz davam etdirirlər".

H.Əmirabdullahian, həmçinin bildirib ki, Rusiya Suriyada terrorizmlə mübarizəni rəsmi Dəməşqlə koordinasiyalı şəkildə həyata keçirir və biz bunu müsbət addım hesab edirik.

Milli.Az


Tags:  Suriya məsələsində Tehran Moskvanın heç ziddiyyətli mövqeyi yoxdur



RƏYLƏR


Top news