Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Türkiyə İraqdan qoşunlarının bir hissəsini çıxarır

Türkiyə İraqdan qoşunlarının bir hissəsini çıxarır

Tarix: 14 Dekabr 2015 14:27

Türkiyə İraqdan bu ölkənin ərazisində dislokasiya edilmiş tank batalyonunun bir hissəsini çıxarır.

Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyə hərbi mənbələrinə istinadən xəbər verir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin tank batalyonu İraq hakimiyyəti ilə saziş çərçivəsində ölkənin Neynəva vilayətində dislokasiya edilib. Məqsəd İŞİD terror təşkilatının silahlıları ilə mübarizə aparmaq üçün kürd nizamlı silahlı dəstələrinə (peşmərgə) hazırlıq keçməkdir.

İraq hakimiyyəti daha əvvəl Türkiyə qoşunlarının ölkədən çıxarılmasını tələb etmişdi.

Milli.Az


Teqlər:  Türkiyə İraqdan qoşunlarının hissəsini çıxarır



RƏYLƏR


Top xəbərlər