Regionlarda elektrik şəbəkələri müəssisələri üçün ofis binaları tikilir

Regionlarda elektrik şəbəkələri müəssisələri üçün ofis binaları tikilir
14:28 14 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
“Azərişıq” ASC tərəfindən bu il 18 rayonda yeni ofislərin tikintisinə başlanılıb. Artıq onlardan yarısı başa çatdırılmaq üzrədir.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə, Ağsu, Ucar, Goranboy, Sabirabad, Cəlilabad elektrik şəbəkələri üçün tikilmiş ofis binaları istifadəyə verilib. İki mərtəbəli ofis binaları “Azərişıq” ASC-nin bütün rayonlar üçün nəzərdə tutulmuş ümumi standarta uyğun tikilərək başa çatdırılıb. Ofis binalarında hər cür iş şəraiti yaradılıb, ərazinin nəzarətdə saxlanılması üçün bütün texnoloji nailiyyətlər tətbiq edilib. Səmərəli fəaliyyət üçün bütün texniki şəraiti olan tikilinin iş otaqları energetika sahəsinin avadanlığı ilə bərabər kompyuter texnikası və internetlə təmin olunub. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün məxsusi otaqlar yaradılıb və ən uyğun şəkildə bölüşdürülüb.
Tezliklə daha 8 rayonda “Azərişıq” ASC tərəfindən modern üslubda tikilmiş standart ofis binaları tikilib başa çatdırılacaq. Qarşıdakı illərdə isə bütün rayonlarda bu cür yeni tipli ofislər tikilərək əməkdaşların ixtiyarına veriləcək. Bu ofislər əsasən eyni tipli olsa da bəzi regionlarda yerli memarlıq xüsusiyyəti də nəzərə alınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Regionlarda_elektrik_sebekeleri_muessiseleri_uchun_ofis_binalari_tikilir-911051

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR