Azərbaycan yığması reytinqdə irəlilədi

Azərbaycan yığması reytinqdə irəlilədi
14:37 14 Dekabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

FİFA yanvarın 7-də milli komandaların növbəti reytinq cədvəlini açıqlayacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 2016-cı ilin ilk cədvəlində komandaların hansı pillələrdə qərarlaşacağı ilə bağlı təxmini siyahı müəyyənləşib.
 
Azərbaycan yığması burada 116-cı pillədə yer alıb. Hesabında 296 xalı olan komandamız dekabrda açıqlanan siyahı ilə müqayisədə təxmini cədvəldə 1 pillə irəliləyib.
 
Bu müddətdə heç bir rəsmi matça çıxmayan Robert Prosineçkinin yetirmələrinin gözlənilən mövqe dəyişikliyinə digər yığmaların nəticələri səbəb olacaq. Belə ki, Kuba millisinin 45 pilləlik geriləməsi yığmamızı irəli salıb.
 
Millimiz və "qonşuları"
 
110 (110). Mərkəzi Afrika Respublikası - 302
110 (116) Mavritaniya - 302
112 (114). Çad - 301
112 (105). KXDR - 301
114 (115). Aruba - 298
115 (92). Nikaraqua - 297
116 (117). AZƏRBAYCAN - 296
117 (119). Türkmənistan - 294
118 (120). Efiopiya - 291
119 (121). Sent-Kitts və Nevis - 289
120 (122). Gürcüstan - 286
121 (123). Ermənistan - 285 
 
Dünyanın ən güclü 10 komandasının tərkibində isə heç bir dəyişiklik olmayacaq. Planetin nəhəngləri mövqelərini də qoruyacaq.
 
İlk "onluq"

1 (1). Belçika - 1494
2 (2). Argentina - 1455
3 (3). İspaniya - 1370
4 (4). Almaniya - 1347
5 (5). Çili - 1269
6 (6). Braziliya - 1251
7 (7). Portuqaliya - 1219
8 (8). Kolumbiya - 1211
9 (9). İngiltərə - 1106
10 (10). Avstriya - 1091
 
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də yeri və xalı dəyişməz qalacaq.
 
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
 
4 (4). Almaniya - 1347
26 (26). Çexiya - 860
30 (30). Şimali İrlandiya - 825
54 (54). Norveç - 591
198 (196). San-Marino - 28

Qeyd edək ki, qonşu Türkiyə yığması təxmini siyahıda 933 xalla 21-ci yerdə qərarlaşaraq, mövqeyini qoruyub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR