Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bank BTB"nin qiymətli kağızları Bakı Fond Birjasında listinqə daxil edilib

"Bank BTB"nin qiymətli kağızları Bakı Fond Birjasında listinqə daxil edilib

Date: 14 December 2015 14:38


Bakı, 14 dekabr, AZƏRTAC
Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə "Bank BTB"nin (Bakı Ticarət Bankı) sənədsiz, adi səhmləri BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların sayı 2 min ədəd, qiymətli kağızın ilkin ticarət qiyməti 1000 manat, ticarətə başlanma tarixi dekabrın 18-dir. BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

Tags:  Bank BTBnin qiymətli kağızları Bakı Fond Birjasında listinqə daxil edilib



RƏYLƏR


Top news