“Nar” operatoru “Hədiyyə yağışı” lotereyasına start verdi

“Nar” operatoru “Hədiyyə yağışı” lotereyasına start verdi
14:43 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Balanslarını 3 və 5 AZN dəyərində artırmış abunəçilər “iPhone 6” və 15000 AZN hədiyyə fürsəti qazanırlar.

Şirkətdən Trend-ə verilən məlumata görə, “Nar” daha bir kampaniyaya start verdi. Mobil operator tərəfindən elan edilmiş yeni kampaniyanın qaydalarına əsasən, artıq öz balansını ən az 3 AZN dəyərində artırmış bütün abunəçilər heç bir əlavə ödəniş etmədən, avtomatik olaraq lotereya iştirakçılarına çevrilir və hər həftə “iPhone 6” smartfonu qazanmaq fürsəti əldə edirlər. Bundan əlavə, balansını ən az 5 AZN dəyərində artırmış olan abunəçilər əsas uduşu – 2016-cı ilin mart ayında oynanılacaq 15000 AZN məbləğindəki pul mükafatını qazanmaq imkanı əldə edirlər.

Qeyd edək ki, abunəçilər hesab.az portalında qeydiyyatdan keçərək, balanslarını bu resurs vasitəsilə də artıra bilir və portaldan qazandıqları əlavə bonus xalların müqabilində hədiyyələr əldə edirlər. Lotereya barədə əlavə məlumatı “Nar” mobil operatorunun internet səhifəsindən öyrənə bilərsiniz: www.nar.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2469290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR