Rusiya-Türkiyə gəmiləri ilə bağlı Qara dənizdə növbəti insident yaşanıb

Rusiya-Türkiyə gəmiləri ilə bağlı Qara dənizdə növbəti insident yaşanıb
14:46 14 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə bayrağı altında üzən gəminin iştirakı ilə Qara dənizdə insident yaşanıb.

ANS PRESS-in məlumatına görə, Rusiyanın “Çernomorneftqaz” şirkətinin yaydığı xəbərdə şirkətə məxsus buruq qurğularının Rusiya Federasiyasının sularında hərəkətinə mane olmağa çalışan gəmidən türk bayrağının asıldığı bildirilir.

İnsidentin nə vaxt baş verməsini dəgigləşdirməyən şirkət nümayəndələri bildiriblər ki, buruğları daşıyan gəmi karvanının qarşısı “türk” gəmisi qəfil çıxıb. “Dənizdə gəmilərin toqquşma ehtimalına dair beynəlxalq qaydalara zidd olaraq türk bayrağı altında üzən lakin müəyyən olunmayan ticarət gəmisi şirkətə məxsus gəmiyə yol verməyib və onun qarşısını kəsərək qəza şəraiti yaradıb”, -deyə şirkətin hadisə ilə bağlı açıqlamasında deyilir. “Çernomorneftqaz” nümayəndələrinin sözlərinə görə, “türk” gəmisinin kapitanı rasiya vasitəsi ilə əlaqə yaratmayıb və siqnallara cavab verməyib.

Türkiyə tərəfi insidenti şərh etməyib.

http://s019.radikal.ru/i636/1512/f6/d18ae3259e10.jpg

Rusiya və Türkiyə gəmiləri ilə bağlı analoji hal ötən gün Egey dənizində qeydə alınıb.

Dekabrın 13-ü Moskva vaxtı ilə saat 09:03-də Egey dənizində Rusiya hərbi dəniz qüvvələrinə məxsus “Smetlivı” mühafizəçi gəmisinin ekipajı Türkiyəyə məxsus balıqçı gəmisi ilə toqquşmadan qaçmaq üçün odlu silahdan istifadə edib.

Rusiya müdafiə nazirliyinin məlumatına görə, “Smetlivı” ekipajı türk gəmisinin onlardan sadəcə 1 km uzaqlıqda olduğunu görüb və rasiya vasitəsi ilə türk ekipajı ilə əlaqə yaratmağa cəhd etsədə bu alınmayıb. Türk gəmisinin rus gəmisinə 600 metr yaxınlaşdığını görən rusiyalı ekipaj odlu silhadan atəş açıb. Bundan dərhal sonra Türkiyəyə məxsus gəmi kəskin şəkildə kursunu dəyişərək “Smetlivı” ekipajı ilə əlaqəyə girmədən hərəkətini davam etdirib.

İnsident Yunanıstanın Limni adasından 22 km aralıqda qeydə alınıb.




Rusiya hərbi dəniz qüvvələrinə məxsus "Smetlivı" mühafizəçi gəmisi

Rusiya və Türkiyə gəmilərinin iştirakı ilə baş verən insidentə görə Türkiyənin hərbi attaşesi təcili surətdə Rusiya Müdafiə Nazirliyinə çağrılıb.

Rusiyanın "Smetlivıy" sahil-mühafizə gəmisi tərəfindən atəşə tutulduğu iddia edilən Türkiyə balıqçı gəmisinin kapitanı baş verənləri təkzib edib.

Gəminin kapitanı Müzəffər Geçici «CNN Turk» telekanalına müsahibə verərək heç bir atəşlə üzləşmədiklərini bildirib.

Bu insident Rusiya-Türkiyə münasibətlərini daha da gərginləşdirə bilər. İki ölkə arasında münasibətlər Türkiyə tərəfindən Suriya-Türkiyə sərhədində Rusiyaya məxsus hərbi təyyarənin vurulmasından sonra kəskinləşib.

Rusiyaya məxsus Su- 24 hərbi təyyarəsi noyabrın 24-də Türkiyə F-16 qırıcısı ilə vurulub. Təyyarə Türkiyənin hava sərhədini pozduğu üçün vurulub.


Suriya -Türkiyə sərhədində təyyarənin düşməsi

Prezident Vladimir Putin hadisəni terrorçuların əlbirləri ilə Rusiyaya arxadan vurulan zərbə adlandırıb. Hadisədən sonra iki ölkə arasında gərginlik artıb - Rusiya Türkiyəyə qarşı sanksiyalar tətbiq edib, "Türk axını" layihəsini dayandırıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367236

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR