Azərbaycanda güclü zəlzələlər gözlənilən ZONALAR

Azərbaycanda güclü zəlzələlər gözlənilən ZONALAR
14:47 14 Dekabr 2015
81 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda güclü zəlzələlərin baş verməsi gözlənilən zonalar açıqlanıb.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 2015-ci il üzrə Elmi-Elmi Təşkilati Fəaliyyəti üzrə Hesabatına əsasən, geomaqnit sahə gərginlikləri variyasiyalarının və qradient artımlarının analizi Şəki-Şamaxı və Kürətrafı-Talış proqnostik poliqonlarındakı gərgin-deformasiya zonalarını əhatəyə almağa imkan verib.

Bunlar İsmayıllı, Şamaxı, Şəki, Oğuz, Zaqatala - Balakən və Talış uzunmüddətli gərginlik-deformasiya zonalarıdır. Bu zonalar güclüzəlzələlərin baş verə biləcəyi zonalar kimi qiymətləndirilir.

Balakən, Zaqatala, Şəki, Oğuz seysmogen zonalarında, İsmayıllı - Şamaxı rayonu ərazisində təkrar qravimetrik ölçülərin aparıldığı müşahidə məntəqələri ətrafındakı sahələrdə, yəni Zaqatala, Qax, Şəki, Oğuz və İsmayıllı - Şamaxı - Cəngi rayonlarında, qismən isə Qəbələ rayonunda mühitin gərginlik vəziyyətinin artımı müşahidə olunur.

Hesabatda o da qeyd edilib ki, Azərbaycan ərazisinin Yer qabığının qabarma variyasiyalarının təhlili tədqiqatın məqsədi ilə yüksək dəqiqli 3  ədəd qravimetrik stansiyaları (Scrintex AutoGrav C G - 5) açılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR