Lənkəranda “Fransız dili” dərslik dəsti müzakirə olunub

Lənkəranda “Fransız dili” dərslik dəsti müzakirə olunub
14:48 14 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Lənkəran regional bölməsinin təşkilatçılığı ilə Lənkəran şəhəri, 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında fransız dili fənnindən istifadə edilmiş test tapşırıqlarının və yeni təhsil proqramı (kurrikulum) əsasında hazırlanmış VIII sinif “Fransız dili” dərslik dəstinin müzakirəsi keçirilib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, müzakirədə Lənkəran, Masallı və Biləsuvar rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri iştirak ediblər.
Komitənin Fransız dili fənni üzrə elmi-metodiki seminarının rəhbəri, VIII sinif “Fransız dili” dərslik dəstinin həmmüəllifi Çəmən Babaxanova qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının formaları barədə danışıb.
Sonra 2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili haqqında, yeni təhsil proqramları (kurrikulum) əsasında hazırlanmış VIII sinif dərslik dəstinin monitorinqi ilə bağlı görülən işlər barədə məlumat verilib. Eyni zamanda, VIII sinif “Fransız dili” dərslik dəstinin monitorinqinə dair ilkin rəy təqdim edilib.
Çıxış edən müəllimlər fikirlərini bildirib, təkliflər verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranda_Fransiz_dili_derslik_desti_muzakire_olunub-911066

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR